BAXCP sədri: “Azərbaycan siyasətində Əl Kərimli ilə İsa Qəmbər qədər bir-birinə patoloji nifrət edən adamlar tanımıram”- MÜSAHİBƏ
- Azərbaycanda müxalifətin durumu heç də ürəkaçan deyil. Bu seçkilərdə də müxalifətin qalib gəlmək imkanları xeyli məhdud görünür. Ölkədə xeyli problemlər olmasına baxmayaraq, müxalifətin imkanlarının zəif, dağınıq olması, bir-birinə qarşı kompromat müharibəsi aparması, müxtəlif vaxtlarda müxalifəti gözdən salan qüvvələrin geri çəkilməməsi, onların müəyyən xarici qüvvələr tərəfindən müxalifət kimi cəmiyyətə təqdim olunması ümumilikdə vəziyyəti ürəkaçan etmir. Müxalifət bu seçkilərdə təmsilçilik uğrunda mübarizə aparacaq. Bu mübarizə də daha çox ona yönəlir ki, bu seçkilərdən sonra ölkədə müxalifət olaraq hansı qüvvələr narazı elektoratdan dəstək ala biləcək. Söhbət özünü real, ənənəvi müxalifət adlandıran qüvvələrdən, Əli Kərimli ilə İsa Qəmbərdən, yoxsa konstruktiv fikirli müxalifətin formalaşmasını istəyən, ümummilli məsələlərdə iqtidarla əməkdaşlığa hazır olar, hakimiyyətə gəlmək naminə bütün vasitələri özünə məqbul saymayan qüvvələrin müxalifət kimi qalıb-qalmayacağından gedir. Bu seçkilərdə biz çalışacağıq ki, iqtidarın apardığı siyasətin uğur və uğursuzluqlarını, eyni zamanda özümüzün platformamızı cəmiyyətə təqdim edək. Parlamentdə fraksiya yaratmaq imkanı əldə etməyə çalışacağıq. Bunun üçün məhdud da olsa imkanlar var, təbliğat işini qura bilsək, digər partiyalar da bu istiqamətdə bizimlə əməkdaşlıq etsə, müəyyən nəticələr əldə etmək olar.
- Hazırda parlamentdə bir neçə müxalifətçi deputat təmsil olunur və onlar bir araya gələ bilmirlər. Tutaq ki, bir fraksiya yarada biləcək sayda müxalifətçi seçildi, onlar bir araya gələ biləcəklərmi?
- Söhbət konstruktiv müxalifətdən gedir. Parlamentdə konstruktiv müxalifətin 25 nəfər təmsilçisi olarsa, o zaman bir araya gəlmək mümkündür. Fraksiyanın yaranması Azərbaycanda həm siyasi islahatlara təkan vermiş olar, həm də insan haqları, hüququn aliliyi ilə bağlı imkanlar yaradar. Müxalifətin təqdim etdiyi layihələrin əksəriyyəti heç parlamentin komitələrində belə müzakirəyə çıxarılmır. Amma fraksiya olarsa imkanlar genişlənər, istənilən məsələni parlamentin müzakirəsinə çıxarmaq olar.
- Siz radikal müxalifətin cəmiyyətdə genişlənə bilmədiyini deyirsiniz. Amma bu konstruktiv müxalifətə də aiddir. Sizin partiya bu genişlənməni təmin etmək üçün öz siyasi kursuna yenidən baxmağı düşünürmü?
- Şəxsən mən bu barədə düşünmürəm. Mən partiyanın birləşdirici qurultayında bildirdim ki, müxalifət inkarçılıq, barışmazlıq siyasətindən imtina etməlidir. O zaman bildirmişdim ki, iqtidar tərəfindən də normal münasibətlərin yaranması üçün qarşılıqlı addımlar atılmalıdır. Amma təəssüf ki, biz bu addımları görmədik. Konstruktiv müxalifətin genişlənməsi üçün lazımı addımlar atılmadığından genişlənmə də mümkün deyil. Amma normal olaraq iqtidarla müxalifət arasında əməkdaşlıq olmalıdır. Cəmiyyətdən dəstək almaq təkcə konstruktiv müxalifətin özündən asılı deyil. Ümumiyyətlə, ölkədə müxalifət institutuna göstərilən diqqət, cəmiyyətdə bu instituta olan münasibət hökumətin münasibətinə adekvat olur. İqtidar Azərbaycanda elə iqtidar-müxalifət münasibəti formalaşmasının marağında olmalıdı ki, ümummilli məsələlər tələb edəndə bu qüvvələrlə bir araya gəlib müzakirə aparmaq mümkün olsun. Azərbaycanda da belə məsələlər həddindən artıq çoxdur. Amma təəssüf ki, ümummilli məsələləri xarici qüvvələrin marağından ayıra bilən qüvvələrlə hakimiyyətə gəlmək üçün bütün milli maraqları qurban verə bilənlər arasında bu gün heç bir fərq yoxdur. Cəmiyyət konstruktiv müxalifəti tərəf olaraq görə bilmədi. Çünki bunu iqtidar göstərmədi. Bu münasibət isə bizə yox, Azərbaycan cəmiyyətinə lazımdır.
Bu seçkilər də bir daha konstruktiv müxalifət ideyasının cəmiyyətdə dəstək tapıb-tapmadığını müəyyənləşdirmək üçün sınaq olacaq. Seçkilər həm də o baxımdan önəmlidir. Əgər biz insanları qutu başında emosiya ilə yox, soyuq, konstruktiv düşüncə ilə səs verməyin vacibliyinə inandıra bilsək, o zaman bu ideya qalib gəlmiş olacaq. Bu gün hakimiyyətdən narazı qaldığı üçün hakimiyyəti daha kəskin tənqid edənə səs vermək istəyənlər ola bilər. Amma səs verməklə və seçməklə hər şey bitmir. Əsas məsələ ondan sonra başlayır. Həmin radikal qüvvə hakimiyyəti necə idarə edəcək, Azərbaycanın maraqlarını necə qoruyacaq sualları seçicini qutu başına getməmişdən əvvəl düşündürməlidir, seçəndən sonra yox.
- AXCP ilə Müsavat Partiyasının parlament seçkiləri ilə bağlı seçki bloku yaratması nəzərdə tutulur. Bu ittifaqın perspektivini görürsünüzmü?
- Sözün açığı, heç bir perspektiv gözləmirəm. Sadəcə, bu prosesdə cəmiyyət Əli Kərimlinin kimliyini bir daha gördü. Bu prosesdə önəmli olan yeganə məqam budur. Bu gün onun müavinləri Əli Əliyev, Lalə Şövkəti, onların rəhbərlik etdikləri qurumları “cırtdan qurumlar” adlandırırlar. Əgər onlar “cırtdandır”larsa, Əli Kərimli nəyə görə 5 il idi ki, onlarla bir yerdə idi? Əgər o özünü div hesab edirsə, bu divliyini nədə ehtiva edir? On beş nəfərlə mitinq keçirməklə div olmaq mümkün deyil axı. Bu gün Əli Kərimli, İsa Qəmbər və onların “cırtdan” dedikləri, xarici kəşfiyyata işləməkdə ittiham etdikləri, vaxtilə bir neçə birlik yaradıblar. Mən hesab edirəm ki, sadəcə burada siyasi əxlaq və mədəniyyət məsələsi var. O zaman İsa Qəmbəri “Azadlıq” blokundan qovdular ki, sözünü tutmadı, partiyasının üzvü kimi deputat seçilənləri xaric etmədi. Lalə Şövkət öz imzasına hörmət etdi. İsa Qəmbər də 4 nəfərin partiyadan getməsinin qarşısını almaq üçün onların parlamentə getməsinə razılıq verdi. İndi nə dəyişdi ki, həmin dördə Əli Kərimli onu müdafiə edən adamları “cırtdan” adı ilə kənarda qoyub, blokdan uzaqlaşdırdığı Müsavatla yaxınlaşır? Amma bu iki partiyanın blok yaradacağı da şübhə altındadır. Ola bilsin ki, xaricdən kimlərsə tövsiyə edəcək və bu addım atılacaq. Əslində bu məsələdə İsa Qəmbərin uğuru oldu ki, Əli Kərimlini məcbur etdi və o öz müttəfiqlərinə növbəti dəfə xəyanət etdi. Bunun başqa adı yoxdur. Mən Azərbaycan siyasətində Əl Kərimli ilə İsa Qəmbər qədər bir-birinə etimad göstərməyən, patoloji nifrət edən adam tanımıram. Onların ikisi də mənfi qüvvə olduğuna görə bir-birlərini itələyir. İndi Əli Kərimli də tələb edir ki, İsa Qəmbər əməkdaşlıq etdiyi KXCP-ni kənara itələsin. Yəni bu mərhələdə İsa Qəmbər istəyinə nail olub. Amma istənilən halda onlar cəmiyyətdə dayaqlarını itirib və bu addımlarla nəyəsə nail olmaq imkanında deyillər. Onların yaradacağı blokdan yəqin ki, 1-2 nəfər mandat qazana bilər, çox güman ki, bu da Müsavat Partiyasından olacaq. Bundan artıq nəticə əldə edəcəklərini gözləmirəm.
- BAXCP-nin seçkilərə hazırlığı ilə bağlı hansı addımlar atılıb?
- Namizədlərimiz müəyyən edilib, avqust ayının sonunda partiyanın Ali Məclisinin iclasında siyahımız təsdiq olunacaq. Biz 60-dan artıq seçki dairəsindən namizəd irəli sürəcəyik. Amma biz 20 daha şanslı hesab etdiyimiz namizədlərimizin təbliğatına daha ciddi yanaşacağıq.
- MSK-ya göndərdiyiniz nümayəndənin təsdiq olunmamasına səbəb nədir?
- Təəssüf ki, yenə də MSK tam tərkibdə formalaşmayıb. Hazırda MSK-da 3 yer boşdur və bunun 3-ü də parlamentdə azlıqda olan partiyaların təmsilçilərinə aid olan yerdir. 5 ildir MSK-da parlament azlığında olan partiyaların katibi yoxdur. Bizim nümayəndəmizin təsdiq olunmaması da bizə olan münasibətin bir nümunəsidir. Müsavat Partiyası seçkilərdə iştirak edir, amma MSK-ya nümayəndə göndərmir. Bunu ona görə edirlər ki, onlar öz nümayəndələrinin sabah nəticələri təsdiq edəcəklərini bilirlər. Əvvəlki təcrübəni əsas götürüb bu dəfə MSK-ya nümayəndə göndərmirlər. Bizə namizədləri verməyi təklif etdilər, biz də namizədlər verdik, amma baxılmadı.
- Deputatlığa namizəd olacağınız dairəni müəyyənləşdirmisinizmi?
- Bu Ali Məclisin son toplantısında bəlli olacaq. Mən indiki halda sonuncu dəfə deputat seçildiyim dairədən namizəd olmaq fikrindəyəm. Amma bu fikir dəyişilə də bilər.
Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Xəbər Lenti
Kamçatka sahillərində 6,0 və 5,7 bal gücündə iki zəlzələ baş verib
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
"Bitcoin"in qiyməti 65 min dollara yaxınlaşıb
Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Tramp İrana qarşı hərbi əməliyyatların genişləndirilməsini müzakirə edib
SEPAH ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı bazalarına zərbələr endirdiyini açıqlayıb
CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB-1
Venesuelada zəlzələ qurbanlarının sayı 4 734 nəfərə çatıb
Reuters: ABŞ-ın yeni sanksiya layihəsi Rusiyanın bəzi tərəfdaşları üçün istisnalar nəzərdə tutur
Böyük Britaniya və Aİ Cəbəllütariq sərhədi ilə bağlı saziş imzalayıb
Zelenski: Fransa bu il Ukraynaya iki SAMP/T sistemi verəcək
İranın vitse-prezidenti: Hörmüz boğazı üzərində suverenliyi hüquqi normalar çərçivəsində təmin etmək istəyirik
Almaniya "İstəklilər koalisiyası" nın ilk hərbi təlimlərinə qatılmayacaq
İspaniya millisi İtaliyanın məğlubiyyətsizlik rekordunu təkrarlayıb
Dövlət Departamenti: Kubaya təzyiq heç vaxt olmadığı qədər güclüdür
Biləcəridə dizel daşıyan yük avtomobili yanıb - FOTO
ABŞ Prezidenti: İranın enerji obyektlərinə zərbələri sonraya saxlamışıq
Rusiya Odessaya zərbə endirib, infrastruktura ziyan dəyib
Tramp: İran danışıqlara qayıtmasa, ABŞ zərbələri davam etdirəcək
Mehr: Buşehr AES-də hava hücumundan müdafiə sistemləri işə salınıb
Hörmüz boğazındakı Həngam adasında və Bəndər-Abbasda partlayışlar baş verib
ABŞ Prezidenti: İraq OPEC-dən çıxmaq məsələsinə özü qərar verməlidir
ABŞ Senatı Pentaqonun 1,15 trilyon dollarlıq büdcə layihəsini dəstəkləməyib
Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini nəzərdən keçirəcək
"Fənərbaxça" Meyson Qrinvudla 4 illik müqavilə imzalayıb
Köhnə Günəşlidə yaşayış binalarının yaxınlığında yanğın baş verib
DÇ-2026: İspaniya Fransanı məğlub edərək, ilk finalçı olub
SEPAH Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
ABŞ İranın dəniz blokadasını bərpa edib
Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın gələcək perspektivləri müzakirə olunub
XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
Axios: Tramp Netanyahudan İsrail qoşunlarını Livan və Suriyadan çıxarmağı tələb edib
Küveyt MN: İranın hücumu zamanı 6 raket və 33 PUA məhv edilib, 4 hərbçi yaralanıb
Türkiyə Husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib
"Sabah" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb
Rubio: ABŞ BCM-yə qarşı kampaniyada bütün vasitələrdən istifadə edəcək
Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib
İraqın Baş naziri: Silahlı qruplaşmalar sentyabrın sonunadək tərksilah ediləcək
İranın Keşm adasında partlayışlar baş verib
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb - FOTO
Ucar sakini Qazaxıstanda yol qəzasında ölüb
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
Tramp: Hörmüz boğazından keçidə görə heç kim ödəniş tələb etməməlidir
Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO
Azərbaycan və Slovakiya arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib - FOTO
Prezidentin sosial media hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib - VİDEO