Qüdrət Həsənquliyev: “Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü, iri həcmli yeni qaz sazişləri İranı qıcıqlandırıb” - MÜSAHİBƏ
- Azərbaycan diplomatiyası beynəlxalq səhnədə uğurlar əldə etdiyi bir şəraitdə bəzi qonşularımız yenidən ittiham dolu bəyanatlarla çıxş etməyə başlayıblar. Elə bu günlərdə İrandakı bəzi səlahiyyət sahibləri Azərbaycana münasibətdə hədələyici ifadələr səsləndiriblər. Siz iki dövlət arasındakı mövcu münasibətləri neçə səciyyələndirərdiniz?
- Bu günə kimi İran-Azərbaycan münasibətlərində əsaslı gərginliyin yaranmamasında Azərbaycanın xoşməramlı siyasətinin böyük rolu olub. Azərbaycan rəsmi Tehranın ölkəmizin daxili və xarici siyasətinə müdaxilə cəhdlərinə çox təmkinlə yanaşıb və gərginliyin yaranmasından yayınıb.
Baxmayaraq ki, İran çox zaman Azərbaycanın daxlində təxribatçı fəaliyyəti üçün şiə məzhəbi amlini önə çəkməyə çalışıb. Amma nədənsə özünün xarici siyasətində Azərbaycan torpaqlarını işğal etmiş və 1 milyon azərbaycanlını qovmuş Ermənistanla ticari, siyasi və hərbi əlaqələri genişləndirməyi özü üçün ayıb saymayıb. Azərbaycanın hər zaman haqqı var idi ki, bu məsələni qaldırsın. Amma Azərbaycan bundan çəkinib, çünki oradakı 35 milyon azərbaycanlını düşünüb. Biz farslarla tarixən qonşu olmuşuq, ortaq mədəniyyət və tariximiz var. Bu baxımından Azərbaycan İrana münasibətdə müəyyən mənada güzəştli siyasət yürüdüb. Halbuki, İran bunu lazımınca qiymətləndirməyib. Son vaxtlar Azərbaycanın artan beynəlxalq nufuzu , BMT TŞ-da üzvlüyümüz, iri həcmli yeni qaz sazişləri, görünür İranı qıcıqlandırıb. Ona görə indi İran mollaları əndazəni aşaraq, Azərbaycana yönəlik təhdid bəyanatları verirlər. Bunun digər səbəbi isə cənublu soydaşlarımızın milli azadlıq hərəkatının genişlənməsidir. Bundan başqa, Azərbaycan müstəqilik qazanandan bəri onlar ümid edirdilər ki, burada tərəfdar toplayacaq və nufuzunu artıracaqlar. Amma bu belə olmadı. Görünür bütün bunlara görə indi açıq formada bizi hədələyirlər.
- İran rəsmiləri Azərbaycanı tənqid edəndə İsrail-Azərbaycan əlaqələri amlini qabardırlar. Siz bu barədə nə fikirdəsiz?
- Bu, bir bəhanədir. Əslində İsrail İran torpaqlarını işğal etməyib. Amma Ermənistan Azərbaycan torpaqlarını zəbt edib. Bizim İsraildə səfirliyimiz belə yoxdur. Amma İranın İrəvanda səfirliyi fəaliyyət göstərir və iki ölkə arasında sıx əlaqələr mövcuddur. Görünən odur ki, İran bütün gücü ilə Ermənistanı gücləndirmyə çalışır. Ona görə bizə yönəlik “siz niyə İsraillə əməkdaşlıq edirsiniz” ittihamları gülüncdür. İranda hələ də Azərbaycanın müstəqilliyi ilə barışmaq istəməyənlər var. Azərbaycanın nüfuzunun artması İrandakı azərbaycanlıların milli özünüdərk prosesini sürətləndirir. Amma onlar öz dilində təhsil almaq istəyən insanları həbsə atır, çünki orta əsr düşüncəsindən qurtulmayıblar.
- Bir müddət öncə prezident İlham Əliyev xarici mediaya müsahibəsində növbəti müddətə namizədliyini verib-verməyəcəyi barədə hələ ki, qərar qəbul etmədiyini dedi. Bundan sonra yaranan polemikalarda isə hakim partiyanın və müstəqil cinahın təmsilçiləri İlham Əliyevi yeni dönəm uçun də prezidentliyə namizəd gördüklərini bildirdilər. Amma bəzi müxalifət təmsilçiləri dövlət başçısını qarşıdan gələn seçkilərdə öz namizədliyini verməməyə çağırdı. Siz bu çağırış barədə nə düşünürsüz?
- Bəzi müxalifətçilərin bu fikrini etik baxımından düzgün saymıram. Bu o deməkdir ki, rəqibinə “öz hüququndan istifadə etmə” deyəsən. Bunu həm də zəiflik əlaməti kimi qəbul edirəm.
Hər bir siyasi qurum tərəfdarını bu və ya digər namizədə səs verməməyə çağıra bilər. Amma rəqibinə namizədliyini irəli sürməmək üçün müraciət etmək gülüncdür və yəqin ki rast gəlinməyən texnologiyadır. Çünki özünü güclü hesab edən namizəd üçün rəqibinin kim olmasının bir əhəmiyyəti olmamalıdır. Seçim meyarı xalqın iradəsi olmalıdır.
Müxalifətin bir qisminin indidən apardığı bu siyasət əslində onların öz zəifliklərini göstərir. Onlar indidən bu bəyanatları ilə rəqibdən gücsüz olduqlarını etiraf edirlər.
- Bu günlərdə Türkiyə ilə iri həcmli qaz sazişi imzaladıq. İndi bəziləri hesab edir ki, Azərbaycan Türkiyəyə çox güzəştə getdi. Digərləri isə bu qənaətlə bölüşmür. Siz nə fikirdəsiz?
- Əvvəlcə qeyd edim ki, biz imzalanmış sazişin şərtlərinə tam bələd deyilik. Ona görə də hansı tərəfin daha çox güzəştə getdiyini, sazişin bəndlərində və danışıqlarda nələr ehtiva olunduğu bilinmir. Hətta güzəştə gedilibsə belə, bu, qardaş ölkəyə edilmiş güzəştdir. Əminəm ki, Türkiyə siyasi elitası və xalqı fərqindədir ki, Azərbaycan onlarla çox sərfəli saziş imzalayıb. Bundan başqa, bu saziş Türkiyənin region və dünyada mövqelərinin güclənməsi deməkdir. Bu isə, Azərbaycanın da maraqlarına cavab verir. Məlum olduğu kimi, bu saziş üzərində bir müddət iş gedirdi, amma yekun razılığa gəlmək mümkün olmurdu. Buna görə də “Şahdəniz 2” layihəsinin işlənməsi yubanırdı. İndi isə söhbət 20 milyard dollarlıq sərmayənin yatırılmasından gedir. Ölkələrimiz arasında hərbi-texniki əlaqələr daha da güclənir. Bu baxımından düşünürəm ki, bu saziş Azərbaycanın milli mənafelərinə cavab verir. Bundan sonra Azərbaycan özünün təbii qazını qərbə doğru nəql edə biləcək. Nəticədə Azərbaycan və Azərbaycan-Türkyə əlaqələri daha da güclənəcək. Vandakı zəlzələdən sonra Azərbaycan Türkiyəyə birinci və ən çox yardım edən ölkə olub. Xilasedicilərimizin peşəkar və fədakar işi Türkiyə cəmiyyətində Azərbaycanın nüfuzunu xeyli artırıb. Ardınca da bu saziş imzalanıb və onun faydaları böyük olacaq. Eyni zamanda mən səbrsizliklə Bakı-Tbilisi -Qars dəmir yolu xəttinin tezliklə istismara verilməsini gözləyirəm. İran üzərindən Naxçıvana gedib-gələn vətəndaşlarımız əziyyət çəkir. Bu baxımından yeni marşrut çox vacibdir.
- Bir müddət öncə parlamentdə Azərbaycanın Neft Fondu və xaricdəki valyuta ehtiyatlarımız barədə çıxışınız oldu. Təkliflərinizi bir daha açıqlaya bilərdinizmi?
- Məsələ ondadır ki, Azərbaycanın xaricdə böyük maliyyə vəsaitlərinin saxlanılması milli təhlükəsizliyimizə təhdiddir. Vəsait artıqca bu təhdidin miqyası da artmış olur. Bu günə kimi Azərbaycan öz vəsaitlərini əsasən dollar və avro ilə saxlayıb. Bu pulları saxlayan ölkələr bu pullardan bəhrələnir. Azərbaycan iqtisadiyyatının isə bu pullara ehtiyacı var. Sirr deyil ki, bizim banklar xaricdən borc alıb burada yüksək faizlə kreditlər verir. Məlum olduğu kimi, vaxtilə prezident məsələ qoymuşdu ki, bu pulların bir hissəsi ölkəyə gətirilsin. Amma bu tapşırıq yerinə yetirilmədi. Amma çox sevinirəm ki, prezident bu günlərdə bununla bağlı bir fərman imzaladı. Valyuta ehtiyatlarımız yalnız dollarda deyil, həmçinin rubl, lirə və digər valyuta növlərində də saxlanıla bilər. Hətta qızıla da qoyula bilər. Elə Gədəbəydə hasil edilən qızılın satın alınması gündəmdədir. İndi Azərbaycanın 40 mlrd dollar xarici banklarda vəsaiti saxlanılır və buna ehtiyac yoxdur. Fikir verin, bizim bələdiyyələrə büdcədən ümumilikdə cəmi 2 milyon manat vəsait ayrılıb. Zənnimcə, bu qədər vəsait hər bir bələdiyyəyə ayrılmalıdır. Siz bir qəsəbədaxili yollara baxın. Neft pullarının böyük hissəsini Azərbaycana gətirmək lazımdır. Biz Dövlət Neft Fondu haqqında qanun layihəsni MM-ə təqdim etmişik. Orada vəsaitin 25 %-nin Azərbaycanda saxlanılması barədə müddəa var. Bu halda Azərbaycanda ucuz kreditlər olacaq, yeni məktəblər istifadəyə veriləcək, zavodlar inşa ediləcək, sosial məsələlər öz həllini tapacaq. Bildiyimzi kimi, ABŞ-ın dövlət borcu trilyonlarla ölçülür və bunu ödəmək üçün Amerika öz valyutasını ucuzlaşdırır. Yəni şərti desək bu gün bizim 5 dollara aldığımız mal sabah 10 dollara satışa çıxarılacaq. Bizim dollarda saxladığımız vəsaitin dəyəri də iki dəfə düşür. Təbii ki, bunu düşünmək lazımdır. Bu baxımdan prezidentin son fərmanı alqışlanmalıdır.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb