Fazil Mustafa: “Azərbaycan üçün dinlə bağlı gələn təhlükənin əsas iki mənbəyi var: İran və Səudiyyə Ərəbistanı” - MÜSAHİBƏ
- Azərbaycan Venesiya Komissiyasının xarici vətəndaşların ölkədə partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olması barədə təklifini qəbul etməyib. Siz necə fikirləşirsiniz, Azərbaycan bu təklifi qəbul etməli idimi?
- Məncə bu məsələdə Venesiya Komissiyasının rəyi tövsiyə xarakteri daşıyır. Yəni məcburi deyil. Azərbaycan hökumətinin bu rəyə aludə olaraq özünün düzgün saydığı qanun layihəsindən yayınması yanlış olardı. Xarici ölkə vətəndaşının Azərbaycanda siyasi partiya yaratmaq, yaxud maliyyələşdirməsi məsələsinin mümkünsüzlüyü Azərbaycan tərəfindən daha çox müharibə vəziyyətinin olması ilə izah edilə bilər. Yəni əgər Venesiya Komissiyasının təklifi qəbul olunarsa, hansısa Ermənistan vətəndaşı Azərbaycanda siyasi partiya yarada bilər. Yaxud Azərbaycandakı hansısa siyasi partiyanı Ermənistanın xüsusi xidmət orqanları maliyyələşdirə bilər. Azərbaycan buna necə imkan verə bilər? Ona görə də bu təklifə müsbət cavab verilməsi doğru olmazdı və real deyil.
- Uzun müddətdir siyasi partiyalara dövlət büdcəsindən maliyyə ayrılması mexanizmləri mövzusunda müzakirələr gedir. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?
- Bu məsələ ilə bağlı bizim konkret layihəmiz var. Həmin layihədə maliyyələşmə üçün bir neçə variant nəzərdə tutulub. Partiyalara maliyyə yardımı ilk öncə ona görə edilməlidir ki, partiyaların effektiv fəaliyyət göstərmək imkanları açılsın. Düşünürəm ki, maliyyə məsələsində parametr olaraq sonuncu parlament seçkisinin nəticələri götürülməlidir. Yəni parlamentdə təmsilçilik, sonra isə parlamentdəki təmsilçilərin sayı əsas götürülməlidir. Digər meyar olaraq ölkədə demokratiyanın inkişafı naminə parlamentdə təmsil olunmayan, lakin son seçkilərdə bəlli bir səviyyədə səs toplamış partiya və bloklar maliyyələşmənin subyekti ola bilər. Məsələn, 20-25 min səs toplamış partiyaya maliyyə yardımı ayrılır. Əgər bunlar olarsa, Azərbaycanda yeni dövrün başlandığını elan edə bilərik.
- Bu yaxınlarda Milli Məclisdə dini fəaliyyətlə bağlı qanuna dəyişikliklər layihəsi müzakirə olundu. Öz hesabına xaricdə dini təhsil alan şəxslərin Azərbaycanda din sahəsində çalışmasını qadağan edən bəndə qarşı çıxmağınızı necə izah edərdiniz?
- Bu, sadəcə problemin mahiyyətini dərindən dərk etmədən onu daha çox kriminallaşdırmaq yolu ilə irəli sürülən təşəbbüslərdir. Məsələn, Azərbaycanda narkomaniya ilə bağlı proseslər dərindən öyrənilmədiyi və ona daha çox kriminal hadisə kimi baxıldığına görə narkotik istifadəçilərin, həmçinin onu satanların sayı kütləvi şəkildə artıb. Narkotik istifadəçilərinin müalicəsi barədə düşünmək lazımdır, nəinki onları bir neçə illiyə həbs edərək azadlığa çıxdıqdan sonra yenidən istifadəçiyə çevrilmələrinə şərait yaratmaq. Dini məsələyə vicdan azadlığı kontekstində baxmaq lazımdır. Sanki bizdə bəziləri belə düşünür ki, bir dindən çıxmaq bir partiyadan çıxmaq kimi bir şeydir. Yəni bunu vicdan məsələsi kimi anlaya bilmirlər. Prosesin içinə girib ona sahib çıxmaq, dindarlara da bir vətəndaş kimi yanaşmaq, problemlərini anlayaraq onların daha çox dövlətlə, cəmiyyətlə iç-içə olma yollarını axtarmaq lazımdır. Ancaq əksinə, onları cəmiyyətdən təcridetmə yoluna gedirlər. O qədər absurd yanaşma var ki... Məsələn, xaricdə təhsil alanlar islam ayin və mərasimlərini həyata keçirə bilməzlər. Bu, ancaq islama aiddir. Əslində bu nə deməkdir? Birincisi, keyfiyyətli təhsil almaq hüququna qəsddir. Bu məsələdə bütün xarici təhsilli vətəndaşlarımıza şübhə ilə yanaşmaq yerinə, əgər bu adamların əcnəbi xüsusi xidmət orqanları ilə bağlılığı varsa, bunu müvafiq orqanlarımız araşdırıb ortaya qoysun, hüquqi qiymət verilsin. Amma bütün vətəndaşlarımızın - əgər xaricdə təhsil alıbsa, göndərişlə getməyibsə - hamısından ehtiyat edəriksə, artıq dinin cəhalət tərəfi inkişaf etməyə başlayacaq. Yaxud, kimsə Həcdən qayıdanda kiməsə beş təsbeh bağışlayıbsa, həmin adam artıq inzibati məsuliyyət daşıyır. Bunlar hamısı süni maneələrdir və dindarlarla dövlət arasında uçurum yaradır. Artıq neçənci dəfədir ki, bu cür dəyişikliklər olur. Özü də əsasən islamla bağlı olur bu məhdudiyyətlər. Əgər dinlərə bərabər yanaşılırsa, onda islama niyə məhdudiyyət qoyulur? Ümumilikdə bu cür dəyişikliklər yumşaq desək, xeyirli deyil.
- Azərbaycana din pərdəsi altında gələn təhlükənin miqyası nə qədərdir?
- Açığı, Azərbaycan üçün dinlə bağlı gələn təhlükənin əsas iki mənbəyi var: İran və Səudiyyə Ərəbistanı. Türkiyədən Azərbaycan üçün elə təhlükəli məqam, istiqamət yoxdur. Adını çəkdiyim iki ölkədən gələn təhlükə hətta o qədər irəli gedib ki, İranın səviyyəsiz bir ayətullahı Azərbaycan dövlətini hədələməklə məşğuldur. Buna yol verməmək üçün dindarlara, dinə qarşı bayaq sadaladığım kimi mövqe qoymaq yanlış olar. Əksinə, daha doğru islamın, daha səmimi, savaş içində olmayıb islamı siyasətə alət etməyən bir istiqamətin ölkəmizdə stimullaşdırılması önəmlidir.
- Azərbaycan İslam Partiyasının ölkədə qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinə münasibətiniz necədir?
- Bu məsələyə kriminal olay kimi yanaşmaq, yaxud hüquq-mühafizə orqanlarının üzərinə bu qədər problemi yükləmək əvəzinə daha anlayışlı addımlar atmaq lazımdır. Söhbət maarifçilik addımlarından gedir. Məsələn, islam adında partiyanın olması islama hörmətsizlikdir. Bu, cəmiyyətə təbliğ olunmalıdır. Təsəvvür edin, sabah bu adda partiya hakimiyyətə gəldi, hansısa sosial problemi həll edə bilmədi. Onda hörmətdən düşən islam olmalıdır? Bu adın bu cür spekulyasiya edilməsi islama ən böyük hörmətsizlikdir. Kimlər islam sözündən istifadə etməklə partiya yaradırlar, onlar islamın mənasını dərk eləmirlər.
- Ölkədə müxalifətdaxili inteqrasiya, əməkdaşlığın səviyyəsi sizi qane edirmi? Ümumiyyətlə, belə bir əməkdaşlıq varmı?
- Müxalifətdaxili inteqrasiya üçün çox çətin bir vəziyyət yaranıb. Bunun üçün ilk növbədə dövlətin siyasi partiyalarla bağlı siyasətində korrektələr edilməlidir və siyasi partiyaların rolunun artırılması istiqamətində addımlar atılmalıdır. İkincisi, siyasi partiyaların fəaliyyət müstəvisi hüquqi əsaslara dayanmalıdır. Çox təəssüf ki, Azərbaycanda müxalifətin fəaliyyətinin hüquqi bazası yoxdur. Ancaq odur ki, iqtidarda deyiləmsə, deməli, müxalifətəm, bu cür fəaliyyət göstərirəm. Ona görə də müxalifətin hər hansı şəkildə ölkə protokolunda yeri yoxdur. Ölkənin idarə olunmasında isə heç bir rolundan söhbət gedə bilməz. Bunlar demokratiyanın atamanlığını göstərir. Ona görə də biz çalışmalıyıq ki, ilk növbədə müxalifət fəaliyyətini hüquqi müstəviyə oturdaq.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var
XİN: Ukrayna enerji atəşkəsinə hazırdır və Rusiyadan təkliflər gözləyir
CENTCOM: Hörmüzdən 900 milyon bareldən çox xam neftin keçməsinə kömək etdik
Sosial müdafiə və sosial təminat xərclərində 43 milyon manatdan çox artım olacaq
Səhiyyə xərcləri 58 milyon manatdan çox artacaq
Təhsil xərclərində 1,6 faiz artım olacaq
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
2027-ci ildə Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
Azərbaycanın 2027-ci ildə iqtisadi artımı 3%-ə yaxın proqnozlaşdırılır
Manat gələn il də sabit qalacaq
Gələn ilin büdcəsində neftin qiyməti yenə 65 dollar götürülüb
2027-ci ildə Azərbaycanın dövlət büdcəsi 42 milyard manatdan çox olacaq
Gələn il üzrə icmal büdcənin gəlir və xərcləri açıqlanıb
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
Əli Nağıyev Qazaxıstan Respublikasına səfər edib
Fransada yanacaq təchizatında problemlər yaranıb
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxs universitetdən xaric edilib
CNN: Rusiya ABŞ obyektlərinə zərbələr endirməsi üçün İrana kəşfiyyat məlumatları ötürüb
Paşinyan qondarma “DQR”-in “nümayəndəliyi”nə məxsus binanın dövlət balansına keçiriləcəyini bildirib
2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib
Hikmət Hacıyev Ərəb Media Forumunda Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsi barədə danışıb
İlk tədris günündə avtobuslarla rekord sayda sərnişin daşınıb
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
ADY: Şəhərətrafı qatar reyslərinin sayı artırılır - CƏDVƏL
"Reuters": Ukraynanın hücumundan sonra Rusiyada daha iki neft zavodu fəaliyyətini dayandırıb
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
Moskva Avropanı "çox qısamüddətli" müharibə ilə hədələyib
Ermənistanda ağır yol qəzasında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - FOTO
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb