Fazil Mustafa: “Siyasi məhbus məsələsi Avropada hələ müzakirə mövzusu olan, yekun terminoloji açıqlaması verilməyən məsələdir” - MÜSAHİBƏ
- AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları üzrə komitəsinin iclasında Azərbaycanda siyasi məhbus məsələsinin müzakirəsi zamanı həmin məsələyə aydınlıq gətirildimi?
- İclasda iştirak edən hüquq müdafiəçiləri Eynulla Fətullayev, Eldar Zeynalov və Murad Sadəddinovun çıxışları oldu. Onlar Azərbaycanda siyasi məhbus kimi təqdim etdikləri şəxslərin sayı haqqında konkret nəticə ortaya qoymadılar. Eynulla Fətullayevin fikrincə, təqribən 17 nəfər, digərlərinin sözlərinə görə isə 50-yə yaxın bu motivdə həbs olunan insanlar var. Amma bizim də məsələyə münasibətimiz oldu. Onu deyim ki, məruzəçi Kristof Ştrasserin mandatında daha unversal istiqamət götürülüb. Əvvəllər onun mandatı Azərbaycanda siyasi məhbuslarla bağlı idisə, sonradan büronun qərarı ilə ona siyasi məhbuslarla bağlı məruzəçi mandatı verilib. Yəni Ştrasserin Azərbaycanla bağlı israrı bir tərəfdən qərəzli və tərəfli yanaşma kimi qiymətləndirilir. Milli Məclisin nümayəndə heyətinin rəhbəri öz mövqeyini açıqlayanda dedi ki, ilk növbədə bu məsələni ortadan qaldırmaq lazımdır və bundan sonra məruzəçi istənilən vaxt Azərbaycana gələ bilər. Bizim mövqeyimiz də bu oldu ki, Avropa Şurasında bu terminin izahı verilməlidir ki, konkret standartlar üzrə siyasi məhbusların siyahısını da müəyyən etmək mümkün olsun. Amma məhkəmə prosedurası zamanı pozuntular məsələsini buraya qatmaq olmaz. Çünki bununla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi var və ora insanlar müraciət edərək hüquqlarını bərpa edə bilirlər. Azərbaycandan yüzlərlə adam bu istiqamətdə addım atıb. Bildirdim ki, məruzəçi ölkədə birxətli əlaqələr qurmaqda maraqlı olub. Parlament müxalifəti ilə heç bir əlaqə qurmağa çalışmayıb. Halbuki məsələlərin müzakirəsi parlamentdə gedir. Əgər bizimlə əlaqə qurub müzakirələr aparsaydı, biz parlamentdə siyasi motivlərlə bağlı həbs olunanlarla əlaqədar hökumətə müəyyən təzyiqlər göstərməyə çalışardıq. Biz də tələblərimizi qoyardıq və köməklik göstərərdik. Cəmiyyətin kiçik QHT qrupu ilə bu işi aparmaq, fikir yürütmək mümkün deyil. Çünki həmin QHT dəstəsinin hansısa tribunası yoxdur. Halbuki parlamentdə təmsil olunan müxalifət partiyalarında daha geniş imkan var. Məruzəçi bu imkanlardan da yararlansaydı daha obyektiv bir fəaliyyət ortaya qoya bilərdi. Təəssüf ki, bunu etməyib.
- Qeyd olunan istiqamət üzrə məruzəçinin Azərbaycana səfər edib-etməyəcəyi məsələsi dəqiqləşdimi?
- Ümumiyyətlə, bizim iradımız əsas budur ki, gələcəkdə bu və ya yeni məruzəçi məhz həmin amili nəzərə alsın. Universal yanaşma olanda kiminsə Azərbaycanı hədəfə götürmək imkanı olmayacaq və Azərbaycana da yanaşma digərlərinə olduğu formada olacaq. Bununla da heç bir məruzəçinin Azərbaycana gəlməsinə maneə yaradılmayacaq.
- Ümumiyyətlə, sizin siyasi məhbus məsələsi ilə bağlı mövqeyiniz necədir?
- Siyasi məhbus məsələsi Avropada hələ müzakirə mövzusu olan, yekun terminoloji açıqlaması verilməyən məsələdir. Bəzən səslənən fikirlər zamanı presedent hüququndan istifadə edərək hansısa dövrdə bir şəxsin məhkəmə çəkişməsi, yaxud da həbsdə olması əsas götürülərək siyasi məhbusun da məhz bu kateqoriyadan olan insanlara şamil edilməsi kimi tələblər var. Amma standartlar olmadığından “siyasi məhbus” termininin işlədilməsi hüquqi cəhətdən doğru səslənmə ortaya qoymur. Bu səbəbdən də siyasi fəaliyyətlə məşğul olan şəxslərin bu və ya digər motivlərlə həbsi üzərində daha çox dayanılır. Mən də bunun tərəfdarıyam. Məhkəmə prosesi zamanı prosedur pozuntuları ilə həbs olunan şəxslərlə, siyasi fəaliyyətlə məşğul olduğuna görə həbsdə olan adamların eyniləşdirilməsi doğru deyil. Azərbaycanda siyasi fəaliyyətlə məşğul olan şəxslərin sərbəst toplaşmaq azadlığını həyata keçirərkən həbs olunması faktları var. Biz də bunu qəbul edirik ki, həbsdəki 17 nəfər məhz siyasi fəaliyyətlə məşğul olan şəxslər olduğuna görə, onların həbsdən buraxılması zəruridir. Çünki onlar sərbəst toplaşmaq azadlığının prinsiplərinə zidd olaraq həbs olunublar.
- Əsasən kimləri nəzərdə tutursunuz?
- Burada söhbət 2011-ci il aprelin 2-də İctimai Palatanın keçirdiyi aksiyada həbs olunanlardan gedir. Çünki onlar hansısa şəxsi, iqtisadi motivli fəaliyyətlə məşğul olduqları zaman həbslə üzləşməyiblər. Bu baxımdan da yanaşmamız daha çox siyasi fəaliyyətlə məşğul olan şəxslərə yönələn addımların atılması istiqamətindədir. Avropa məkanında da biz bunu dilə gətirdik ki, bu şəxslərin azad olunması bizim tərəfimizdən Milli Məclisdə də səsləndirilir. Amma bu məsələnin siyasi məhbus adı ilə deyilməsi hüquqi cəhətdən doğru səslənmir.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
Mərkəzi Bank və İİB Qrupu arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub
Türkiyənin Naxçıvandakı baş konsulunun diplomatik fəaliyyəti başa çatır
Şəmkirdə evdə yanğın olub, bir nəfər xəsarət alıb
AFP: Fransada anomal istilərdə 8 min ölüm halı qeydə alınıb
Paşinyan: Mən heç vaxt Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmamışam
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib - FOTO
Gürcüstan DTX-nın keçmiş rəhbəri 13 il müddətinə azadlıqdan məhrum olunub
Badamdarda yaşayış binasında partlayış baş verib, 20 yaşlı şəxs xəsarət alıb - YENİLƏNİB
İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
Lavrov: Tramp administrasiyası Baydenin Rusiyaya qarşı sanksiyalarını davam etdirir
Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın iştirakçıları Xankəndidə olublar - FOTO
Gürcüstan XİN başçısı: Cənubi Qafqazın Avropanın təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınmalıdır
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
"Reuters": ABŞ rəsmiləri ilə husilər Omanda görüşüb
SOCAR Kot-d’İvuardakı “Baleine” yatağında 10% pay əldə edib
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxslərə xəbərdarlıq edilib
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq