AXC fəalı, “20 yanvar” Cəmiyyətinin təsisçisi və keçmiş sədri Rüstəm Rüstəmov: “Tamerlan Qarayev israr edirdi ki, 20 yanvar şəhidlərin sayı 117-dir” - MÜSAHİBƏ
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan bir neçə gün əvvəl 20 yanvar hadisələrinin 22-ci ildönümünü qeyd edib. APA həm dövlət rəsmilərinin, həm də müxalifət nümayəndələrinin Şəhidlər xiyabanını ziyarət etməsi, 20 yanvarla bağlı iştirak etdiyi tədbirlər barədə məlumatlar yayıb. Xalq Cəbhəsinin (AXC) fəal üzvlərindən olan, “20 yanvar” Cəmiyyətinin təsisçisi və keçmiş sədri, hazırda İsveçdə yaşayan Rüstəm Rüstəmov də həmin günlərdə APA-ya zəng edərək, 20 yanvar hadisələri ilə bağlı şahidi olduğu və bu günə qədər gizli qalmış, kifayət qədər ciddi mübahisə mövzusu olacaq məqamlar açıqlayıb.
- Rüstəm bəy, 1990-cı il yanvar hadisələri ilə bağlı uzun illərdən sonra Sizi danışmağa vadar edən nədir?
- Doğrudur, 20 ildən artıqdır, bu barədə danışmamışam, susmuşam. Həmin illərdə gənc idim, Azərbaycan Xalq Cəbhəsinin təsis olunmasında fəal iştirak etmişəm. Ola bilər bəziləri mənim adımı eşitməyib. Amma bu bir faktdır ki, pərdəarxası ən zəruri işləri aparanlar adətən cəmiyyətdə, hətta təmsil olunduğu düşərgədə tanınmır. Sonralar mənim üçün çox doğma olan və hətta onun uğrunda güllə yarası aldığım təşkilatda, siyasi arenada baş verən oyunlardan iyrəndim və kənara çəkildim. 20 yanvar hadisələrinə qədər və sonra o qədər siyasi alverin şahidi oldum ki... 19 yanvar gecəsi sovet-rus qoşunları Bakıya daxil olmamış meydandan qaçanlar, şəhidlərimizin qanının üstündən keçənlər, sonradan bu addan istifadə etməyə başladılar. Təəssüf ki, millətimiz hadisələrin bu səviyyəyə gəlib çatmasına səbəbkar onların qarşısında gedənlər olduğunu bilmirlər. Bununla bağlı məndə danılmaz faktlar var.
- Azərbaycan xalq hərəkatının fəal üzvlərindən olduğunuzu deyirsiniz. Həmin günləri necə xatırlayırsınız?
- 1990-cı il yanvar hadisələrinə qədər AXC-nin aktiv üzvlərindən olmuşam. Həmin vaxt Əli Kərimli və indi xalq cəbhəsi adından öyünən dırnaqarası qəhrəmanlar yox idi. Əvvəla onu deyim ki, satqın təfəkkürlü insanların təhriki ilə AXC-də ilk illərdən qruplaşmalar yarandı və parçalanmanın bünövrəsi qoyuldu. AXC-ni parçalayan birinci sima İsa Qəmbər olub və istəyinə də çatıb. Həmin illərdə İsa Qəmbər AXC-nin daxilində Şimali Demokratik Azərbaycan Partiyası adlı qurum yaratmağa başlamışdı. Mənə də bu partiyaya üzv olmaq təklifi oldu. Etiraz etdim və bildirdim ki, partiya yaratmaq istəyirsənsə, AXC daxilində niyə təfriqə salırsan? Çıx buradan, kənarda fəaliyyətini davam etdir. Bu parçalanmanı əsl səbəbkarları İsa Qəmbər, Yusif Səmədoğlu, Sabit Bağırov, Hikmət Hacızadə, o cümlədən Zərdüşt Əlizadə, Leyla Yunus, Arzu Abdullayeva və digərləri idi. Sonuncu adını çəkdiklərim özləri haqqında “rusdilli intellegent” imici formalaşdırmışdılar. Azərbaycanda Müsavat Partiyasının fəaliyyətini isə Mənsur Əlisoy adlı keçmiş hərəkatçı bərpa etmişdi. Mənsur bəy 20 yanvar hadisələrində əlil də oldu. Bu partiyanı Azərbaycanda Niyazi Mehdi ilə birgə Mənsur Əlisoy bərpa etmişdi. İsa Qəmbər isə Şimali Demokratik Azərbaycan Partiyasına rəhbərlik edirdi. Bunlarla bizim əsas münaqişəmiz AXC-ni parçalanması ilə bağlı idi. İsa Qəmbər parlamentin rəhbəri olanda vasitəçilik etdi və Niyazi Mehdiyə vəzifə verdilər. Sonra Mənsur Əlisoy təkləndi. Qısası, Müsavat Partiyası Mənsur Əlisoyun əlindən alındı. Halbuki, İsa Qəmbər Müsavat Partiyasına qarşı müsbət mövqedə deyildi. O, sonradan bu ada yiyələndi.
- Ancaq AXC parçalandı və bir çox partiyaların bünövrəsi qoyuldu. Siz nə zaman AXC sıralarını tərk etdiniz?
- AXC-nin parçalanmasını istəyən şəxslər partiyalar yaratmaqla məşğul olduğu halda, mənim də tərəfdarı olduğum bir ideoloji xətt var idi ki, bu fikri dəstəkləyənlər AXC-nin zəiflədilməsinin tərəfdarı deyildilər. Mən AXC-nin sıralarını heç vaxt tərk etməmişəm. Lakin 20 yanvardan sonra mənim fəaliyyətim AXC-də qruplaşma rəhbərlərini qane etmədi.
- Ölkədə 20 yanvar hadisələrindən əvvəl və sonrakı ictimai-siyasi mühiti necə xatırlayırsınız?
- Əvvəlcə onu deyim ki, AXC hakimiyyətə gələndən sonra 1992-ci ildə təsisçisi olduğum “20 yanvar” qəzetinin baş redaktoru Səlim Həqqini həmin vaxt hakimiyyətdə olanlar qətlə yetirtdilər. Atam Mahmud Rüstəmov Qarabağda - Ağdamda “20 yanvar” batalyonunda döyüşürdü və əməliyyatların birində şəhid oldu. Məzarı Bakıdakı Şəhidlər xiyabanında Çingiz Mustafayevin məzarının yaxınlığındadır. Atamın vəfatının 40-ı günü də məni istintaq adı ilə həbs elədilər. Təcridxanada Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Vaqif Hüseynovla bir kameraya saldılar. Üç-dörd gün onunla söhbət etmək və bəzi məsələlərə aydınlıq gətirmək imkanım oldu. Əslində həmin vaxt hakimiyyətdə olanlar məni Vaqif Hüseynovla bir kameraya ona görə salmışdılar ki, orada bir-birimizi öldürək. Biz isə əksini etdik, Vaqif Hüseynovla bəzi məsələləri aydınlaşdırdıq. Vaqif Hüseynov dedi ki, 1990-cı il yanvarın 19-da saat 16.00 radələrində AXC sədri Əbülfəz Elçibəylə söhbəti olub. Ona bildirib ki, general Lebedev rus qoşunu ilə gəlib və Bakını mühasirəyə alıb. Millətin qanı töküləcək. Əbülfəz Elçibəy isə bildirib ki, AXC İdarə Heyəti ilə danışdıqdan sonra - iki saat ərzində cavab deyəcək. Yəni Vaqif Hüseynovla görüşə gəlməli idi. İki saatdan sonra görüşə gəlməyib. Vaqif Hüseynov onunla telefonla danışıb. Əbülfəz Elçibəy isə cavabında deyib ki, azadlıq yolunda qan tökülməlidir. Bu faktdır və danılmaz hadisədir. Yaxşı, qan tökülməlidir, bəs, niyə o hərəkata başçılıq edən şəxslərdən birinin, ailə üzvlərinin qanı tökülmədi? Niyə hamısı qaçıb gizləndi? Məni də AXC-nin qərargahında güllələdilər. AXC-nin qərargahında rəhbərlərdən bir nəfər belə qalmamışdı. Millət qeyrətindən məhrum olanların hamısı qaçmışdı. İbrahim bəy var idi. Sonra o da Qarabağda şəhid oldu. Qərargahda qalan 2-3 nəfərdən biri idi. Hadisədən 3 gün sonra İsa Qəmbəri gördüm. Ona dedim ki, bu qədər qan töküldü, sən harada idin? Mənə bilirsiniz nə dedi? Dedi ki, Yusif Səmədoğlunun evində “Azadlıq” radiosundan Mirzə Xəzərə müsahibə verirmiş. Yalan deyir, o saat 20.00-dan qaçmışdı. Bəs, o “barrikada”ları qurdurdunuz, insanları tankın, güllənin qabağına göndərdiniz, niyə biriniz yanımızda yox idiniz? Niyə demədiniz ki, çəkilin, ordu sizi qıracaq? Axı, hamınız bilirdiniz... Nemət Pənahlı da hadisələr zamanı barrikadalarda dayanan insanları aldadanlardan biri olub. İndi yalanları malalamağa o qədər imkan var ki... Guya o rus qoşunun qarşısına çıxmaq üçün barrikadalardakıları silahla təchiz etməli idi. Axırda da 45 sm-lik armaturları gətirib, barrikadada duranların qarşısına tökdülər. Yenə təkrar edirəm, niyə bu hadisələrdə AXC İdarə Heyətinin üzvlərinin, onların ətrafında olanların biri həlak olmadı, heç ailə üzvlərinə də xətər yetirilmədi? Bu suala cavab verə bilərlərmi? Axı, AXC-nin imkanlarından bu şəxslər bolluca faydalanırdılar. Sonralar mənə bəlli oldu ki, onlara bu barədə məlumatı Vaqif Hüseynov vermişdi. Yəni Əbülfəz Elçibəyi məlumatlandırmışdı, o da İdarə Heyətinin üzvlərinə xəbər vermişdi.
- Qayıdaq 1990-cı ilə və yanvar ayına... “20 yanvar” Cəmiyyətini nə vaxt təsis etdiniz?
- Şair Xəlil Rza, hərəkatçılar Məmməd Əlizadə, Etibar Məmmədov 1990-cı il 20 yanvar hadisələrindən sonra həbs olundular və Moskvadakı “Lefortova” cəzaçəkmə müəssisəsinə göndərildilər. Sonralar Xəlil Rzanı təsisçisi olduğum “20 yanvar” qəzetinə redaktor da təyin etdim. Qəzetin baş redaktoru isə Səlim Həqqi idi. Bu gün özünü günahsız kimi cəmiyyətə təqdim edən bəziləri AXC hakimiyyəti vaxtı Səlim Həqqini güllələtdirdilər. Paytaxtda gərginlik o qədər idi ki, şəhid və xəsarət alanların ailələri kiməsə müraciət etməyə çəkinirdi. Hətta bir çoxu övladının itkin düşdüyünü, şəhid olduğunu belə deyə bilmirdi. Şəhidlər xiyabanından kənarda dəfn olunan, dənizə atılan, Nargin adasında basdırılan onlarla 20 yanvar şəhidimiz var. Həmin hadisələr vaxtı yaralananlar, şəhid ailələri kənara çəkildikləri vaxt onların bir neçəsini bir yerə yığıb, bu cəmiyyəti formalaşdırdım. Çoxu kənarda durdu və prosesdə iştirak etmədi. Həmin vaxt Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinin rəisi hazırda Moskvada yaşayan, iş adamı İlham Rəhimov idi.
- Qurumun ilk sədri də siz oldunuz?
- Bəli, təsisçisi və ilk sədri mən olmuşam. Məndən sonra ora təyin olunan adamlar Tamerlan Qarayevin təzyiqi ilə qoyulub. Bir haşiyə çıxım ki, Tamerlan Qarayev, Bakı şəhər Partiyası Komitəsinin birinci katibi Rüfət Ağayev və Ayaz Mütəllibov bir binada yaşayıblar və qardaş münasibətində olublar. 1990-cı il yanvarın 21-də indiki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında keçirilən aksiyada Xalq İstintaq Komissiyası yaradıldı. Komissiyanın sədri Şuşa Kommunist Partiyasının keçmiş birinci katibi Niyaz Hacıyev seçildi. Çünki Əbdürrəhman Vəzirov onu Ermənistandan qaçan azərbaycanlıları Şuşada məskunlaşdırdığına görə vəzifəsindən çıxartmışdı. Həsən Həsənov da isə milli qeyrət olduğundan Niyaz Hacıyevi işsiz qoymadı, onu Nazirlər Kabinetində icraiyyə komitələri üzrə təlimatçı vəzifəsinə təyin etdi. Həmin vaxt Tamerlan Qarayev AXC Məclisinin sədri, yəni təşkilatda ikinci adam idi. Ondan əvvəl isə Əbülfəz Elçibəylə söhbətimdə Tamerlan Qarayevin necə biri olduğunu desəm də, Əbülfəz bəy bunun bir siyasət oyunu olduğunu bildirdi və dedi ki, Tamerlan Qarayevin kimliyindən xəbərdardır. Sonda nə oldu? Tamerlan Qarayev Məclisin sədri oldu. Bundan sonra Tamerlan Qarayevlə aramızda konflikt artmağa başladı. Qısası, parlamentdə də Tamerlan Qarayevin rəhbərliyi ilə istintaq komissiyası yaradıldı. Həmin komissiyaya İsa Qəmbər, Sabit Bağırov, Midhəd Abbasov və digərləri üzv qəbul olundu. Xalq İstintaq Komissiyasının bəzi üzvləri də parlamentdə yaradılan həmin deputat-istintaq komissiyasına qəbul olundu. Lakin sonradan Tamerlan Qarayevin təzyiqi ilə kənarlaşdırıldılar. Ən dəhşətlisi isə şəhidlərin sayı azaldıldı. Hətta Tamerlan Qarayevin başçılıq etdiyi qrup şəhidləri didərgin kimi rəsmiləşdiridi.
- Sizin fikrinizcə, şəhidlərin sayı nə qədər olub?
- 20 yanvar hadisələri zamanı şəhid olanların sayı 220 nəfər olub. Komissiya isə şəhidlərin sayını 134-ə salıb. Əvvəlcə isə Tamerlan Qarayev israr edirdi ki, şəhidlərin sayı 117-dir. Şeyxülislam Allahşükür Paşazadənin müdaxiləsindən və mənim dava-dalaşımdan sonra şəhidlərin sayını 134-ə qaldıra bildik. Hətta Ermənistandan gələn qaçqın ailələrindən şəhid olanların çoxunun övladları siyahıya salınmadı. Tamerlan Qarayev bu insanlara qarşı çox qərəzli davranırdı. Bir hadisəni xatırladım. Bakının o vaxt “Zavağzalnı” adlanan hissəsində Ermənistan qaçqını olan Umudovlar ailəsinin 2 oğlunu hərbçilər qətlə yetirmişdilər. Hərbçilər uşaqları öldürüb, maşına atıb aparmışdılar. Milliyyətçə rus olan bir qadın buna şahidlik etmişdi. Hətta sənədlər də təqdim etdilər. Lakin Tamerlan Qarayev sənədləri saxta adlandı.
- Bəs Sizə olan münasibətin dəyişməsinə səbəb nə oldu?
- AXC rəhbərləri mənim hadisələrlə bağlı araşdırmalarımı özləri üçün təhlükə hesab etdilər. Çünki SSRİ rəhbərliyi qədər onlar da bu hadisələrin baş verməsində günahkardırlar. Onlar qorxurdular ki, “20 yanvar” cəmiyyəti AXC-ni üstələyər. Ona görə bizim təşkilat qeydiyyatdan keçdikdən sonra Tamerlan Qarayevin təşəbbüsü ilə Ədliyyə Nazirliyi “20 yanvar” Fondunu da qeydiyyatdan keçirdi. Həmin fondun təsis konfransında Sabit Bağırov, Etibar Məmmədov, Rəhim Qazıyev, hətta Sabir Rüstəmxanlı da iştirak edib. Bu barədə məlumatı Qarabağa Yardım Cəmiyyətinin orqanı olan “Azərbaycan” qəzetindən oxudum və növbəti gün həmin qəzetin redaksiyasına getdim. Sabir Rüstəmxanlı orada yox idi. Cəmiyyətin sədri Bayram Bayramovla görüşdüm və bu xəbərlə bağlı soruşdum. Sonra məlum oldu ki, təsis konfransının keçirilməsi də, mətbuatda yayılması da Tamerlan Qarayevin təzyiqi ilə olub. Çünki 20 yanvarla bağlı küllü miqdarda pul yığılmışdı və yuxarılarda gedən qarşıdurma bu pulun üstündə idi. Dünyanın bir çox ölkəsindən azərbaycanlılar pul yığıb Bakıya göndərmişdilər. Həmin pullar Bakıda bir neçə yerdə cəmləşmişdi. Biri “Moskva” mehmanxanasında qərargahı olan Anar, Eldar Quliyev və digərlərinin yaratdığı bir təşkilat idi, AXC-də də bu məqsədlə fond yaradıldı və Yusif Səmədoğlunun adına hesab açıldı. Sonradan bu hesab da itdi. Hətta Borçalıdan bir kişi yanıma gəlmişdi ki, siz “20 yanvar” Cəmiyyəti adından mənə qaimə verin. Yoxsa kənddə sakinlər məndən yığdıqları pulun köçürülmə qaiməsini tələb edirlər. Dedim pulu kimə vermisən? Dedi, Yusif Səmədoğluna. Mən imtina etdim və dedim ki, get qaiməni də ondan al. Bu bir fakt deyil. 15-ə yaxın adam bu vəziyyətdə yanıma gəlmişdi. Bunları bildiyimə görə məni zərərsizləşdirdilər. Yoxsa, bunların paxırları açılacaqdı.
- Sizi necə zərərsizləşdirdilər?
- Bir hadisəni danışım. Əjdər Xanbabayevi qətlə yetirən qrupun üzvləri Bakının Maştağa kəndindən olan, sonradan həbsxanada ölən Tarix adlı şəxs Hacı Seyfəlin xahişi ilə mənimlə görüşdü. Tarix mənə dedi ki, kimə ilişirsən iliş, “Tomik” bizim adamdı, onunla işin olmasın. Onlar Tamerlan Qarayevə “Tomik” deyirdilər. Mən də dedim ki, “Tomik” 20 yanvarla alver edir. Həmin vaxtlar bizə həm AXC, həm Ayaz Mütəllibov, həm də Tamerlan Qarayev təzyiq edirdi. 1992-ci ildə də həbs olundum.
- Əbülfəz Elçibəylə bu məsələləri müzakirə etmədiniz?
- Niyə ki, müzakirəmiz olmuşdu. Bakıdakı hadisələrdən sonra Salyanda da rus-sovet qoşunları qətliam törətmişdi. Onunla birgə Salyanda olduq. Əbülfəz Elçibəy dedi ki, mən səni Tamerlan Qarayeva qurban verirəm. Çünki Tamerlan Qarayev siyasətdə güclü oyunçudur. Mən də dedim ki, Tamerlan Qarayev sənin üçün ciddi problem olacaq. Axırda da mən deyən oldu. Onu da deyim ki, həmin illərdə Tamerlan Qarayev prezidentliyə də iddialı idi.
- Əlinizdə arxiv sənədlərin olduğunu dediniz. Bu sənədlərdə nələr əks olunmuşdu və həmin arxivi sizdən istəyən olmuşdumu?
- Müxtəlif vaxtlarda müxalifətdə olan partiya rəhbərlərinin adamları məndən bu arxivi istədilər. Hətta Stokholmda təhdidlərlə də üzləşdim. Çünki məndə olan sənədlərdə onların adları hallanır. Bir hadisəni də xatırladım. 20 yanvar şəhidlərinin 40-ı ərəfəsində hakimiyyət Şəhidlər xiyabanını oradan köçürmək istəyirdi. Bu məsələdə də qarşıdurma yaranmışdı. Şeyxülislam Hacı Allahşükür Paşazadənin müdaxiləsindən sonra şəhidlərin məzarlarının Çəmbərəkənddən köçürülməsinin qarşısı alındı.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB