Bank Of Baku

Türkiyənin enerji naziri Hilmi Gülər: “Quyulardakı qəza ilə bağlı “Şahdəniz” yatağından qazın nəqli ləngiyir”

Türkiyənin enerji naziri Hilmi Gülər: “Quyulardakı qəza ilə bağlı “Şahdəniz” yatağından qazın nəqli ləngiyir”
# 26 dekabr 2006 14:06 (UTC +04:00)
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Hilmi Gülər “Şahdəniz” layihəsi ilə bağlı işlərin yekunlaşdığını, ancaq təbii qazın nəqlinin bir qədər ləngiyəcəyini bildirib. APA-nın xəbərinə görə, H. Gülər gecikmənin quyulardakı qəza ilə bağlı olduğunu açıqlayıb. Onun sözlərinə görə, yaxın günlərdə Türkiyə, Azərbaycan və Gürcüstanın energetika nazirləri arasında görüş keçiriləcək: “Hər iki ölkə bizim alacağımız qazdan pay istəyir. Gürcüstan 800 milyon kubmetr təbii qaza ehtiyacı olduğunu bildirib. Bu tipli anlaşmalar üçün həm hökumətlər, həm də ölkələrin müvafiq şirkətləri arasında ayrı-ayrı razılaşmalar imzalanmalıdır”. H. Gülər bütün məsələlərin üçtərəfli görüşdə konkretləşəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR