Bank Of Baku

Azərbaycan prezidenti Türkiyənin ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan prezidenti Türkiyənin ölkəmizdəki səfirini qəbul edib
# 26 dekabr 2006 14:09 (UTC +04:00)
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Turan Moralını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkə başçısı ölkələr arasındakı münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirib və əlaqələrin inkişafında səfirin fəaliyyətini yüksək qiymətləndirib.
T. Moralı Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona yaradılan şəraitə və göstərilən köməyə görə, dövlət başçısına minnətdarlıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR