Bank Of Baku

Akif Muradverdiyevin barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə dekabrın 27-nə təyin olunmuş proses təxirə salına bilər

Akif Muradverdiyevin barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə dekabrın 27-nə təyin olunmuş proses təxirə salına bilər
# 26 dekabr 2006 14:25 (UTC +04:00)
Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin barəsindəki məhkəmə hökmündən verilən apellyasiya şikayəti üzrə Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə dekabrın 27-nə təyin olunmuş proses təxirə salına bilər. Hakim Q.Məmmədov APA-ya açıqlamasında bildirib ki, təqsirləndirilənin vəkili ilkin məhkəmə baxışının qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Hakimin sözlərinə görə, şikayət üzrə Ali Məhkəmənin qərarı olmadan apellyasiya şikayətinə baxıla bilməz. Hakim bildirib ki, A.Muradverdiyev verdiyi apellyasiya şikayətində apellyasiya instansiyasında işə məhkəmə istintaqının aparılması ilə baxılmasını istəyib. Məhkəmə isə istintaq aparılmadan şikayətə baxılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə A.Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. A.Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir. Hazırda A.Muradverdiyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR