Bank Of Baku

Ukrayna və Azərbaycan baş nazirləri təkbətək və geniştərkibli görüşlər keçiriblər

Ukrayna və Azərbaycan baş nazirləri təkbətək və geniştərkibli görüşlər keçiriblər
# 26 dekabr 2006 16:47 (UTC +04:00)
APA-nın məlumatına görə, daha sonra Ukrayna və Azərbaycan nümayəndə heyətlərinin geniş tərkibli görüşləri keçirilib. Ukraynalı həmkarını salamlayan
baş nazir Artur Rasizadə ölkələr arasında dostluq münasibətləri olduğunu vurğulayıb. O bildirib ki, Ukrayna baş nazirinin səfəri də münasibətlərin inkişafına təkan verəcək. Baş nazir bildirib ki, 2005-cı illə müqayisədə 2006-ci ildə ticarət dövriyyəsinin artım tempi 26 faizdən 36 faizə qədər yüksəlib. A. Rasizadə Dağlıq Qarabağ probleminin həll olunmamasının iqtisadiyyatın inkişaf tempinə mane olduğunu deyib. Ukraynanın baş naziri Viktor Yanukoviç isə çıxışında Azərbaycanla ölkəsi arasında münasibətlərin tarixi kökləri olduğunu söyləyib. Ukraynanın baş naziri 2006-cı ili ölkəsi üçün “ağır sınaq ili” kimi dəyərləndirib. Baş nazir Azərbaycandakı iqtisadi irəliləyişi yüksək qiymətləndirdiklərini və izlədiklərini vurğulayıb. Ukraynanın 2006-cı il üçün əmtəə dövriyyəsinin 22%, ümumdaxili məhsulun isə 7 faiz təşkil edəcəyi gözlənilir. V. Yanukoviç ölkəsinin iqtisadi göstəricilərinin aşağı olduğunu etiraf edib və buna görə də Azərbaycana təkliflər paketi ilə gəldiklərini və cavab gözlədiklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR