Bank Of Baku

Türkiyə Azərbaycana nota verib

Türkiyə Azərbaycana nota verib
# 26 dekabr 2006 17:42 (UTC +04:00)
Türkiyə XİN-in həm Azərbaycan XİN-ə, həm də Azərbaycanın Ankaradakı səfirliyinə müraciət edərək bu hadisə haqqında məlumat istədiyi bildirilir. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov isə APA-ya açıqlamasında səfirliyə nota verilməsi barədə xəbəri təkzib edib. Səfir “belə bir şey olsaydı, ilk növbədə mən xəbər tutardım”, deyib. Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Ceyhun Məmmədov isə bildirib ki, B. Bedikyan Azərbaycana getmək üçün viza almaq məqsədilə səfirliyə müraciət etməyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi musiqiçinin ölkəyə buraxılmamasını onunla izah edib ki, Bakıda türkiyəli sənətçilərin çıxış edəcəyi konsert salonunda xeyli adam, o cümlədən Qarabağ müharibəsində yaxınlarını itirmiş insanlar ola bilər və bu halda erməni mənşəli musiqiçinin təhlükəsizliyini təmin etmək çətinləşər. C. Məmmədov bildirib ki, bu olayın Türkiyə-Azərbaycan münasibətlərinə heç bir mənfi təsiri ola bilməz: “Azərbaycan tərəfi bu məsələ ilə bağlı rəsmi mövqeyini sabah bildirəcək”.
Azərbaycan Xarici İşlər Nazirliyindən fakta münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, B. Bedikyan S. Ərənərlə birlikdə “Azercell”in 10 illiyi ilə əlaqədar təşkil edilən tədbirlərdə iştirak etmək üçün dekabrın 19-u gecəsi Bakıya gəlib, lakin hava limanında saxlanılaraq ölkədən deportasiya edilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR