Bank Of Baku

İlyas İsmayılov: “Parlamentin fəaliyyətini normal qiymətləndirirəm”

İlyas İsmayılov: “Parlamentin fəaliyyətini normal qiymətləndirirəm”
# 27 dekabr 2006 09:59 (UTC +04:00)
“Parlamentin fəaliyyətini normal qiymətləndirirəm. Qanunlar demokratik şəkildə müzakirə olunur, hər kəs öz sözünü deyir”. Bu sözləri APA-ya açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov Milli Məclisin fəaliyyətini qiymətləndirərkən deyib. İ. İsmayılov parlamentin işində zəif iştirakını səhhətində yaranmış problemlə əlaqədar bir müddət Azərbaycanda olmaması ilə əlaqələndirib. Ədalət Partiyasının sədri deyib ki, indiyə kimi Milli Məclisin plenar iclaslarında çıxış etməsə də, komissiyalarda müzakirə olunan məsələlərə öz münasibətini bildirib: “Plenar iclasda çıxış etmək üçün bir dəfə adımı yazdırmışdım, amma vaxt çatmadı”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR