Bank Of Baku

AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib

AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib
# 27 dekabr 2006 10:56 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva məlumat verib. Millət vəkili qış sessiyasının gündəliyinin dəqiqləşdiyini deyib. “Sessiyada Ermənistan və Albaniyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərlə bağlı məsələlər müzakirə olunacaq. Bundan başqa gündəliyə enerji resurslarının siyasi məqsədlərlə istifadə olunmamağı, uşaqların hüquqlarının qorunması, ötən sessiyadan keçən müddət ərzində AŞPA qarşısında yerinə yetirilən və yetirilməyən öhdəliklərlə bağlı məsələlər daxil edilib”. Gültəkin Hacıyeva sessiya çərçivəsində AŞPA sədri Terri Devisin qurum üzvlərinin suallarını cavablandıracağını bildirib. Qeyd edək ki, AŞPA-nın qış sessiyası Strasburqda yanvarın 22-dən 26-dək keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR