Bank Of Baku

Bu il Milli Məclisin İnsan hüquqları komissiyasına 2200 nəfər müraciət edib

Bu il Milli Məclisin İnsan hüquqları komissiyasına 2200 nəfər müraciət edib
# 27 dekabr 2006 11:25 (UTC +04:00)
Bu il Milli Məclisin İnsan hüquqları komissiyasına 2200 nəfər hüquqlarının pozulmasına görə müraciət edib. Bu barədə APA-ya Milli Məclisin İnsan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verib. Onun sözlərinə görə, keçən il şikayətçilərin sayı 2900 nəfər olub: “Şikayətlərin arasında bilavasitə komissiyanın səlahiyyətlərinə aid olmayan məsələlər də var”. R. Aslanova deyib ki, vətəndaşlar əsasən icra strukturlarından, məhkəmə və hüquq-mühafizə orqanlarından şikayət edir: “Biz bu problemlərin həll edilməsi istiqamətində işlər görürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR