Bank Of Baku

Azərbaycanın Ukraynada səfiri Tələt Əliyev: “Ukraynada yaşayan soydaşlarımız miqrasiya problemi ilə üzləşə bilməz”

Azərbaycanın Ukraynada səfiri Tələt Əliyev: “Ukraynada yaşayan soydaşlarımız miqrasiya problemi ilə üzləşə bilməz”
# 27 dekabr 2006 11:42 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev verib. O, Ukraynada yaşayan soydaşlarımızın Rusiyada olduğu kimi miqrasiya problemi ilə üzləşməsi ehtimalının olmadığını deyib: “Ukrayna ilə Azərbaycan arasında münasibətlər son dərəcə güclüdür. Buna görə də soydaşlarımızla bağlı miqrasiya problemi yaşana bilməz. Hər iki ölkənin prezidentləri arasında səmimi münasibətlər miqrasiya probleminin yaranmamağı üçün əsas zəmindir”. Səfir Ukraynanın Azərbaycana hərbi sahədə yardımlar göstərməsində qeyri-adi heç nə olmadığını bildirib. “Burada qeyri-adi heç nə yoxdur. Azərbaycan Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı gücləndirir. Tərəflər bütün sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq sahəsində potensialından maksimum istifadə etmək fikrindədir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR