Bank Of Baku

Azərbaycandan deportasiya edilən pianoçu Burak Bedikyan hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə təşəkkür edib

Azərbaycandan deportasiya edilən pianoçu Burak Bedikyan hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyə Xarici İşlər Nazirliyinə təşəkkür edib
# 27 dekabr 2006 12:49 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, B. Bedikyan açıqlamasında Azərbaycana qarşı ciddi ittihamlar səsləndirib. Pianoçu bildirib ki, Azərbaycana Türkiyə vətəndaşı kimi gəlib və səfəri sırf sənətlə olub: “Bakıda hava limanında mədəniyyətsiz davranışa məruz qaldım. Məndən soyadımı soruşdular. Cavabında erməni əsilli Türkiyə vətəndaşı olduğumu söylədim. Bildirdim ki, hansı millətə mənsub olduğumdan asılı olmayaraq, mən xaricdə hər zaman Türkiyəni təmsil etmişəm. Özümü çox sakit aparsam da, hava limanındakı azərbaycanlılar mənim saxlanmağımın səbəbi ilə bağlı suallarımı sərt, qışqıraraq cavablandırırdılar. Təsəvvür edin ki, başım hərləndi, mənə su vermədilər, hətta tualetə belə qoymadılar. Səfirliklə və tanışlarla telefon əlaqəsi qurmağa imkan yaratmadılar. 3 saata yaxın gözlətdikdən sonra heç bir əsas olmadan məni geri qaytardılar. Haqqımı sonadək arayacağam. Türkiyə Xarici İşlər Nazirliyinə təşəkkür edirəm ki, hadisəyə dərhal reaksiya verdi”. Pianoçu bildirib ki, müğənni Sərtab Ərənər onun hava limanından buraxılması üçün səy göstərsə də, cəhdləri nəticəsiz qalıb. Nəticədə S. Ərənərin dekabrın 19-da “Azercell”in yubileyi münasibəti ilə təşkil olunmuş konserti B. Bedikyanın iştirakı olmadan keçirilib. Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi müğənni Sərtab Ərənərlə birlikdə dekabrın 19-da Bakıya gələn pianoçu, Burak Bedikyan adlı erməni mənşəli Türkiyə vətəndaşının Azərbaycana buraxılmaması və geri göndərilməsi ilə bağlı Azərbaycana iki dəfə nota verib. Türkiyə XİN-in həm Azərbaycan XİN-ə, həm də Azərbaycanın Ankaradakı səfirliyinə müraciət edərək bu hadisə haqqında məlumat istədiyi bildirilir. Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov isə APA-ya açıqlamasında səfirliyə nota verilməsi barədə xəbəri təkzib edib. Səfirliyinin müşaviri Ceyhun Məmmədov isə bildirib ki, B. Bedikyan Azərbaycana getmək üçün viza almaq məqsədilə səfirliyə müraciət etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR