Bank Of Baku

ABŞ səfirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələri “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlara baş çəkiblər

ABŞ səfirliyinin və ATƏT-in Bakı ofisinin nümayəndələri “Azadlıq” qəzetinin əməkdaşı Nicat Dağlara baş çəkiblər
# 27 dekabr 2006 13:16 (UTC +04:00)
Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya məsələləri üzrə müşaviri Elizabet Mörfi və ATƏT-in Bakı ofisinin insan ölçüsü üzrə nümaəndəsi Andreas Buş “Azadlıq” qəzetinin Musa Nağıyev adına Xəstəxanada müalicə olunan əməkdaşı Nicat Dağlara baş çəkiblər. APA-nın məlumatına görə, diplomatlar N. Dağlardan naməlum şəxslərin hücumuna məruz qalma şəraiti, hadisənin baş vermə vaxtı, şübhələri və hazırkı durumu ilə maraqlanıblar. Jurnalist bədənində çoxlu sayda əziklərin olduğunu deyib və ciddi müalicə almasının vacibliyini bildirib. N. Dağlar cinayətin üstünü açacaq bəzi məqamların olduğunu, lakin təhlükəsizliyinə təmsinat olmadığı üçün bunları açıqlamadığını qeyd edib: “Mənim özümün və ailəmin təhlükəsizliyi ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi təminat verəcəyi halda, bu məqamları açıqlaya bilərəm”. E. Mörfi jurnalisti ziyarət etməkdə məqsədlərinin onun vəziyyətini müəyyən etməkdən ibarət olduğunu vurğulayıb: “Bizim ölkələrin hökumətləri Azərbaycanda insan hüquqlarının müdafiəsi və mətbuat azadlığı ilə olan vəziyyətdən narahatdır”. ATƏT nümayəndəsi isə məsələ ilə bağlı təmsil etdiyi ofisin yaxın günlərdə açıqlama yayacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR