Dünya Azərbaycanlılarının Haqları Müdafiə Komitəsi Abbas Lisaninin azadlığa buraxılması tələbi ilə BMT-yə müraciət edib

Dünya Azərbaycanlılarının Haqları Müdafiə Komitəsi Abbas Lisaninin azadlığa buraxılması tələbi ilə BMT-yə müraciət edib
# 11 yanvar 2007 16:22 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Haqları Müdafiə Komitəsi (DAHMK) İran hüquq mühafizə orqanları tərəfindən iki ay öncə növbəti dəfə həbs edilən azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisaninin azadlığa buraxılması tələbi ilə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına müraciət edib. DAHMK-dan APA-ya verilən məlumata görə, müraciətdə A.Lisaninin həbsinin siyasi xarakter daşıdığını, onun işi ilə bağlı verilən bütün məhkəmələrin qərarlarının ədalətsiz olduğu bildirilib. DAHMK A.Lisaninin sərbəst buraxılması, həmçinin, ailəsinə edilən təzyiqlərin qarşısını almaq üçün BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığından əlində olan imkandan yararlanmasını istəyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR