Bank Of Baku

Norveçin yeni səfiri etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib

Norveçin yeni səfiri etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib
# 17 yanvar 2007 15:23 (UTC +04:00)
Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Jon Ramberq etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Norveç münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə genişləndirilməsi müzakirə olunub. E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin Avropa və avroatlantik strukturlara inteqrasiyaya istiqamətləndiyini bildirib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə aparılan danışıqlar barədə qonağı məlumatlandırıb. Nazir səfirə Azərbaycanda görəcəyi işlərində müvəffəqiyyətlər arzulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR