Bank Of Baku

Artur Rəsizadə Səudiyyə Ərəbistanının ali təhsil nazirini qəbul edib

Artur Rəsizadə Səudiyyə Ərəbistanının ali təhsil nazirini qəbul edib
# 17 yanvar 2007 15:29 (UTC +04:00)
Baş nazir Artur Rəsizadə Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid əl Anqarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bütün beynəlxalq tədbirlərdə Səudiyyə Ərəbistanının Azərbaycana dəstək verdiyini və onun haqq işini müdafiə etdiyini deyən A. Rəsizadə ölkələrimizin rəhbərləri arasında yaranmış sıx dostluq münasibətlərinin hökumətlərarası əlaqələrə müsbət təsir etdiyini vurğulayıb. İkitərəfli əməkdaşlığın böyük perspektivlərə malik olduğunu söyləyən baş nazir bildirib ki, təhsil sahəsindəki əlaqələrin inkişafı üçün hökumət bütün lazımi addımları atmağa hazırdır. O, təhsil sahəsində mütəmadi təcrübə mübadilələri aparmağın vacibliyini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR