Bank Of Baku

Səməd Seyidov: “Yerli məhkəmələr Sərdar Cəlaloğlu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarından nəticə çıxarmalıdır”

Səməd Seyidov: “Yerli məhkəmələr Sərdar Cəlaloğlu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarından nəticə çıxarmalıdır”
# 19 yanvar 2007 10:44 (UTC +04:00)
“Yerli məhkəmələr Sərdar Cəlaloğlunun iddiasının Avropa İnsan Haqları Məhkəməsində təmin olunması ilə bağlı qərarı, bu prosesi təhlil etməli, nəticə çıxarmalı və gələcəkdə belə səhvlər buraxmamalıdırlar”. APA-nın məlumatına görə, bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, Azərbaycan AŞ-yə daxil olaraq Avropa insan haqları üzrə bütün konvensiyaları ratifikasiya edib. Bununla da, Azərbaycan vətəndaşlarının bu məhkəməyə müraciət etmək hüququnun təmin olunduğunu bildirən S.Seyidov Avropa Məhkəməsinin hər bir qərarına hörmətlə yanaşmağı vacib sayır: “Qəbul olunan qərara da normal yanaşmaq lazımdır. Avropa Məhkəməsinə müraciət etmək prosesi Azərbaycanda qanunvericilik və ümumiyyətlə, məhkəmə sisteminin inkişafına təkan verən məsələdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR