Bank Of Baku

AŞPA Monitorinq Komitəsinin sədri Eduard Lintner: “Azərbaycanda siyasi məhbus problemi ilə bağlı vəziyyət kəskin deyil”

AŞPA Monitorinq Komitəsinin sədri Eduard Lintner: “Azərbaycanda siyasi məhbus problemi ilə bağlı vəziyyət kəskin deyil”
# 19 yanvar 2007 11:23 (UTC +04:00)
O, gələn həftə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd və Andres Herkellə görüşəcəyinin və Azərbaycanda siyasi məhbus problemi ilə bağlı vəziyyəti müzakirə edəcəyini deyib. “Əgər həmməruzəçilər Azərbaycanda siyasi məhbus probleminin araşdırılmasına dair xüsusi məruzəçi təyin olunmasını məqbul saysalar, bu məsələni qaldıra bilərəm”. Eduard Lintner yaxın zamanlarda Azərbaycana səfərə hazırlaşmadığını, səfərin labüd olub-olmamağının həmməruzəçilərlə görüşdən sonra aydınlaşacağını deyib. O, həmçinin bildirib ki, Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair hesabat AŞPA-nın yaz sessiyasında müzakirə olunacaq. Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında Azərbaycanda siyasi məhbus problemi ilə bağlı xüsusi məruzəçinin təyin edilməsinə ehtiyac olmadığını deyib. “Avropa Şurasının nümayəndələri
ilə məsləhətləşmələrdən sonra Azərbaycanda parlament nümayəndələri, dövlət rəsmiləri və QHT nümayəndələrindən ibarət işçi qrupu yaranıb, bu işçi qrupuna daxil olan hüquq müdafiəçiləri çox konstruktiv və normal şəkildə fəaliyyət göstərirlər. Bəzi qüvvələr siyasi məhbus problemi ilə bağlı yaradılmış işçi qrupun fəaliyyətini dayandırmaq və Azərbaycanın imicinə zərbə vurmaq istəyir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR