Bank Of Baku

Yunanıstanlı deputatların Bakıya səfər proqramı açıqlanıb

Yunanıstanlı deputatların Bakıya səfər proqramı açıqlanıb
# 19 yanvar 2007 11:26 (UTC +04:00)
Yanvarın 23-26-da Yunanıstan parlamentinin Yunanıstan-Azərbaycan dostluq qrupunun üzvləri Maximos Harakopoulos, Konstantinos Tsiaras, Antonis Karpouzas və Elpida Tsouri Bakıda səfərdə olacaqlar. Yunanıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, deputatlar azərbaycanlı həmkarları, Milli Məclisin spikeri Oqtay Əsədov, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyevlə görüşəcək, Heydər Əliyev Fondu ilə tanış olacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR