Bank Of Baku

AŞ PA komitəsinin iclasında Rafael Hüseynovun “Jurnalistika tədrisi və təcrübəsinin Avropa meyarları” adlı məruzəsi müzakirə olunacaq

AŞ PA komitəsinin iclasında Rafael Hüseynovun “Jurnalistika tədrisi və təcrübəsinin Avropa meyarları” adlı məruzəsi müzakirə olunacaq
# 19 yanvar 2007 11:40 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasının birinci günü qurumun Mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırladığı “Jurnalistika tədrisi və təcrübəsinin Avropa meyarları” adlı məruzənin son variantının müzakirəsi aparılacaq. Bu barədə APA-ya məlumat verən R. Hüseynov deyib ki, məruzə qəbul edildikdən sonra həmin məruzənin AŞ PA-nın yaz və yaxud yay sessiyasında gündəliyə salınması məsələsinə baxılacaq: “Avropada jurnalistikanın gələcək inkişafı ilə
əlaqədar modeli məhz Azərbaycan verir. Bu, çox vacib məsələdir”. R. Hüseynov həmçinin yanvarın 22-də onun Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan müraciətinin işıq üzü görəcəyini deyib. Onun sözlərinə görə, həmin sənəd “Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə və mədəni irsinə qarşı yeni təhlükələr” adlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR