Bank Of Baku

Millət vəkili Elmira Axundova “Məişət zorakılığı haqqında” qanunun qəbul edilməsini təklif edir

Millət vəkili Elmira Axundova “Məişət zorakılığı haqqında” qanunun qəbul edilməsini təklif edir
# 19 yanvar 2007 11:47 (UTC +04:00)
“Ailədaxili zorakılıq ilə mübarizənin effektli nəticə verməsi üçün xüsusi Dövlət Proqramının hazırlanması və bu sahədə fəaliyyətin sistemli həyata keçirilməsi lazımdır”. APA-nın məlumatına görə, bunu jurnalistlərin suallarını cavablandıran millət vəkili Elmira Axundova deyib. Millət vəkili bildirib ki, bu barədə həmçinin “Məişət zorakılığı haqqında” qanunun qəbul edilməsi ilə bağlı təkliflər olunub. O, hesab edir ki, Cinayət, Mülki və Ailə Məcəllələrinə dəyişikliklər olunmalı, bu cinayətlərə görə nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir: “Fransa kimi demokratik bir dövlətdə məişət zorakılığı çox kəskin şəkil alıb. Orada hər 3 gündən bir bir qadın əri tərəfindən döyülərək öldürülür. Baxmayaraq ki, onlarda bu sahədə xüsusi qanun da var, cəzalar da kifayət qədər sərtdir. Bu problem ümumbəşəri problemdir. Məişət zorakılığının belə geniş vüsət alması konfliktlər, terrorizm və digər səbəblərlə əlaqədardır. Ona görə də Avropa Şurası bu problemlə mübarizə məqsədilə kompaniyaya başlayıb. Avropa Şurası dövlətlərdən xahiş edir ki, bu, sistemli şəkildə həyata keçirilsin”. Millət vəkili hesab edir ki, problemin həlli bu sahədə maarifləndirmənin aparılmasından çox asılıdır: “Əvvəllər bizdə müəyyən qorxu çərçivə vardı. İndi bütün çərçivələr dağılıb. Həm qadınlarımız, həm də kişilərimiz çərçivədən çıxırlar. Mən burda tək kişiləri günahlandıra bilmərəm. Mənə olan müraciətləri araşdırarkən məlum olur ki, problemin yaranmasında iki tərəf də günahkardır. Hüquq-mühafizə orqanları tərəfindən təsdiq olundu ki, bizdə məişət zorakılığı faktları çoxdur və artmaqdadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR