Bank Of Baku

“Tərəfsiz jurnalistlər” ilin fəal, passiv və seçici hüquqlarını ən fəal müdafiə edən deputatlarını müəyyənləşdirib

“Tərəfsiz jurnalistlər” ilin fəal, passiv və seçici hüquqlarını ən fəal müdafiə edən deputatlarını müəyyənləşdirib
# 19 yanvar 2007 11:47 (UTC +04:00)
“Tərəfsiz jurnalistlər” İctimai Birliyinin Parlament Jurnalistləri Departamenti üçüncü çağırış Milli Məclisin bir illik fəaliyyətinin qiymətləndirilməsi üçün qanunverici orqanda akkreditə olunmuş 50 jurnalist arasında keçirdiyi sorğunun qaliblərinə mükafatlar təqdim edib. APA-nın məlumatına görə, respondentlər ilin aktiv və passiv, həmçinin seçici hüquqlarının ən fəal müdafiəçisi olan deputatlarını müəyyən ediblər. “İlin fəal millət vəkili” nominasiyası üzrə Qənirə Paşayeva, Bahar Muradova, Elmira Axundova, Pənah Hüseyn, Cəmil Həsənli, Fazil Qəzənfəroğlu, İqbal Ağazadə, Zahid Oruc, Qüdrət Həsənquluyev və Siyavuş Novruzov qalib adına layiq görülüblər. “Seçici hüquqlarını ən fəal müdafiə edən millət vəkili” nominasiyası üzrə Mehriban Əliyeva, Qənirə Paşayeva, Elmira Axundova, Cəmil Həsənli, Pənah Hüseyn, Nəsib Nəsibli, İltizam Əkbərli, Aydın Mirzəzadə, Hüseyn Abdullayev və Cavid Qurbanov qalib seçiliblər. Sorğunun nəticələrinə əsasən Maqsud İbrahimbəyov, Madər Musayev, Xəlilbəy Günəşov, Əhəd Abıyev, Bünyamin Xəlilov, Sabir Hacıyev, Əhəd Əhmədov, Məcid Kərimov, Novruzəli Aslanov, Mixail Zabelin “ilin passiv deputatları”dır. Sorğu iştirakçılarının 50%-i MM-in bir illik fəaliyyətini qənaətbəxş, 50%-i isə qeyri-qənaətbəxş qiymətləndirib. Respondentlərin 59%-i parlamentin mətbuat xidmətinin fəaliyyətini qənaətbəxş, qalan hissəsi isə qeyri-qənaətbəxş hesab edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR