Bank Of Baku

AŞ PA komitəsi Cənubi Qafqaz ölkələri qarşısında parlamentdə qadınların sayının 30%-ə çatdırılması barədə tələb qoyub

AŞ PA komitəsi Cənubi Qafqaz ölkələri qarşısında parlamentdə qadınların sayının 30%-ə çatdırılması barədə tələb qoyub
# 19 yanvar 2007 12:08 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Qadınlar və kişilər üçün bərabər imkanlar Komitəsinin iclasında Cənubi Qafqaz ölkələrinin parlamentlərində qadınların sayının 2010-cu ildə 15, 2020-ci ildə 30%-ə çatdırılması barədə qoyulan tələb narazılıq doğurub. APA-nın məlumatına görə, komitənin işində iştirak edən millət vəkili Elmira Axundova bunun reallaşmasını qeyri-mümkün hesab edib: “Mən onları başa salmağa çalışdım ki, bu mümkün deyil. Çünki bizdə proporsional seçki sistemi və kvota yoxdur. Biz hansısa seçicini məcbur edə bilmərik ki, namizədlər arasından qadınlara səs versin. Bu, insan hüquqlarının pozulması deməkdir. Avropa Şurası bunu yalnız tövsiyə edə bilər. Onlar mənimlə razılaşdılar və faiz göstəricilərini sənəddən çıxardılar. Sənəddə qeyd olundu ki, Avropa Şurasının 2004-cü ildəki tövsiyəsi nəzərə alınaraq parlamentdə qadınların sayı artırılsın”. Millət vəkilinin sözlərinə görə, heç bir Avropa ölkəsində, Hollandiya və Norveçdən başqa parlamentdə bu qədər qadın təmsil olunmur: “Skandinaviya ölkələrində bu göstərici 31-40 faizə çatdırılıb. Mən istərdim ki, bizim parlamentdə qadınların sayı 50 faiz olsun. Ancaq bu, reallıqda mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR