Bank Of Baku

Eldar Namazov: “Siyasi blokun təsis olunması məsələsinin uzanması ilə bağlı problem “YeS”in daxilində deyil”

Eldar Namazov: “Siyasi blokun təsis olunması məsələsinin uzanması ilə bağlı problem “YeS”in daxilində deyil”
# 19 yanvar 2007 12:11 (UTC +04:00)
“Yeni siyasət” Seçki Blokunun fəaliyyətinə 2005-ci il təkrar parlament seçkilərindən sonra xitam verilib. Siyasi blokun təsis olunması ilə bağlı işlər yekunlaşmadığından, bu gün “Yeni Siyasət” blokunun olmaması ilə bağlı fikirlərdə qeyri-adi heç nə yoxdur”. Bu fikirləri APA-ya asçıqlamasında “YeS” blokunun Koordinasiya Şurasının üzvü olmuş “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirib. E. Namazovun sözlərinə görə, “Yeni Siyasət” siyasi blokunun yaranması ilə bağlı nəzərdə tutulmuş işlərin bir hissəsi görülüb. Blokun formalaşması ilə bağlı bütün məsələlərin dəqiqliklə işlənməsini vacib sayan E. Namazov blok daxilində hər hansı problemin olmadığını da qeyd edib: “Mənim mövqeyim ondan ibarətdir ki, bu məsələdə tələsməyə ehtiyac yoxdur, yalnız düzgün qərarların qəbuluna çalışmalıyıq. Siyasi blokun təsis olunması məsələsinin uzanmasında isə problem “YeS”in daxilində deyil. Biz daim görüşürük, müzakirələr aparırıq və atacağımız addımları müəyyənləşdiririk. Problem sadəcə, ölkədə gedən ictimai-siyasi proseslərdədir”. Siyasi blokun prezident seçkiləri ilə bağlı seçki ərəfəsində təsis olunmasının nəzərdə tutulması ilə bağlı fikirlərə gəldikdə, E. Namazov bunu istisna edib: “Prezident seçkilərinə kifayət qədər uzun müddət var və biz o vaxta qədər gözləmək niyyətində deyilik”. E. Namazov bloka fərqli adın seçilməsini də mümkün sayıb. O, bunun aparılacaq müzakirələrdən asılı olduğunu qeyd edib.
Xatırladaq ki, “YeS”dən millət vəkili seçilmiş Əli Məsimov mətbuata verdiyi açıqlamada ölkədə artıq “YeS” adında blokun olmadığını deyərək, onun “Net” adlandırılmasının daha məqsədəuyğun olduğunu bildirmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR