Bank Of Baku

Ermənistanın Azərbaycanın mədəni irsini məhv etməsi ilə bağlı AŞPA məruzəçisinə yeni sənədlər təqdim ediləcək

Ermənistanın Azərbaycanın mədəni irsini məhv etməsi ilə bağlı AŞPA məruzəçisinə yeni sənədlər təqdim ediləcək
# 19 yanvar 2007 11:37 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib ki, iclasda AŞPA-nın Elm, Təhsil, Mədəniyyət üzrə Komitəsinin mədəni irs məsələləri üzrə məruzəçisi, Böyük Britaniyadan olan deputat Edvard Oharanın regiona səfəri ilə bağlı məsələ müzakirə olunacaq: “Mən təklif etmişdim ki, Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri Avropa Şurasının təmsilçiləri ilə birlikdə səfərinin vaxtının dəqiqləşdirilməsi ilə bağlı müzakirələr aparsın”. R. Hüseynov E.Oharaya təqdim etmək üçün bir sıra yeni sənəd hazırladığını da qeyd edib: “Əvvəlki sənədlərdə və yeni təqdim olunacaq əlavə materiallarda Ermənistanın həm işğal altındakı ərazilərdə, həm də öz ərazisində Azərbaycanın mədəni irsini dağıdıb, məhv etməsi ilə bağlı tutarlı faktlar əksini tapıb”. R.Hüseynov deyib ki, E.Oharanın regiona səfəri yazda baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR