Bank Of Baku

AXCP hökumətdən təklif gözləyir

AXCP hökumətdən təklif gözləyir
# 19 yanvar 2007 12:42 (UTC +04:00)
“Hələ özümüz partiyamız üçün qərargah axtarışına çıxmamışıq. Azərbaycan hökumətinin bizə uyğun qərargah təklif etməsini gözləyirik”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib. Partiya sədrinin sözlərinə görə, güc strukturları AXCP-nin əmlakını iki ay həbsdə saxladıqdan sonra bunun doğru qərar olmadığını düşünərək əmlakı geri qaytarmağa razılıq verib: “Biz ümid edirik ki, hökumət qanuna uyğun olaraq AXCP-yə daha uyğun yerdə qərargah təklif edəcək”. Partiya üzvlərinin hesabına qərargahın alınması ilə bağlı təkliflərə gəldikdə, Ə. Kərimli bunun sonuncu addım olduğunu qeyd edib: “Hökumət tərəfindən qərargahın alınması ilə bağlı təşəbbüslər nəticə verməsə, cəbhəçilərə müraciət edə bilərik. İndi qiymətlər qalxıb, cəbhəçilərin də əksəriyyəti işsiz, maddi durumları yaxşı olmadığı üçün onların imkanları daxilində normal qərargah almaq çox çətindir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR