Bank Of Baku

Millət vəkili Elmira Axundova: “Bu ilin mart ayında növbəti əfv fərmanının imzalanması gözlənilir”

Millət vəkili Elmira Axundova: “Bu ilin mart ayında növbəti əfv fərmanının imzalanması gözlənilir”
# 19 yanvar 2007 12:50 (UTC +04:00)
“100-ə yaxın şikayətə mən baxmışam və əfv komissiyasına vermişəm. Demokratik ölkələrdə belə komissiyalar fəaliyyət göstərmir. Orada məmurlar Ədliyyə Nazirliyi ilə mütəmadi işləyir və məhkumlar tez-tez, az sayda olsa belə əfv olunur. Bizdə komissiyanın iclasları ildə 2-3 dəfə keçirilir. Bu isə çox azdır”. E. Axundova hesab edir ki, əfv komissiyasının iclasları ən azı ayda 1 dəfə keçirilməli və əfv daha sistematik formada olmalıdır: “Biz iclaslarda 500-dən artıq ərizəyə baxırıq. İclaslar mütəmadi keçirilərsə, ərizələr də bu qədər olmazdı, onları daha dərindən öyrənə bilərdik. Mən bu məsələni bir neçə dəfə qaldırmışam, lakin müsbət həll olunmayıb”. Millət vəkili əfv komissiyasının növbəti iclaslarında qadın məhkumların əfvi ilə bağlı məsələ qaldıracağını bildirib. O qeyd edib ki, qadın məhkumlardan ona 50-dən artıq ərizə təqdim olunub. “Qadın məhkumların bir qismini əfv etmək mümkündür. Düzdür, onlar arasında ağır cinayətlər törədənlər, qəsdən adam öldürmə, dələduzluq, narkotik maddələrlə bağlı cinayətlərə görə məhkum olunanlar çoxdur. Hesab edirəm ki, qadınlara qarşı cəzalar yüngülləşməli, bununla bağlı penitensiar sistemdə islahatlar aparılmalıdır. Azərbaycanda qadın məhkumların saxlanma şəraiti Avropa Şurasını qane etmir. Avropa Şurası qadınların kameralarda saxlanılması barədə bizim qarşımıza tələb qoyub. Bu sahədə islahatların aparılması, lager tipli müəssisələrin ləğv olunması tələb olunur. Həmin qadınlar arasında vərəm xəstəsi, psixi xəstə olanları var. Onların hamısının bir yerdə saxlanılması düzgün deyil. Artıq bizdə bu sahədə islahatlara başlanılıb. Avropa Şurasının başqa bir tələbi isə qadınlara qarşı alternativ cəzaların tətbiq olunması ilə bağlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR