Bank Of Baku

ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Azərbaycana səfər proqramı hazırlanır

ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin Azərbaycana səfər proqramı hazırlanır
# 19 yanvar 2007 13:51 (UTC +04:00)
“ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker Milli Məclis rəhbərliyinə ünvanladığı məktubunda Qafqaz prioritetlərinin dünyada əhəmiyyətinin artdığı bir məqamda, xüsusi ilə də ATƏT-in bu bölgədə həyata keçirməli olduğu missiyalar bunu tələb etdiyi üçün bölgəyə səfər etmək istədiyini bildirib”. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova məlumat verib. Onun sözlərinə görə, hazırda Q. Lenmarkerin səfər proqramı hazırlanır: “Qoran Lenmarker Azərbaycan prezidenti, Milli Məclisin sədri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri, qeyri-hökumət təşkilatları, eyni zamanda ATƏT-in Azərbaycanda fəaliyyət göstərən missiyası ilə görüşmək istədiyini bildirib. Hazırda bu məsələlər üzərində iş gedir. Keçiriləcək görüşlərdə bölgədə gedən proseslər, dondurulmuş münaqişələr və ATƏT-in Parlament Assambleyasının səlahiyyətinə aid olan məsələlərlə bağlı müzakirələr aparılacaq”. Bahar Muradova, həmçinin ATƏT Parlament Assambleyasının qış sessiyasının fevralın ikinci ongünlüyündə Vyanada keçiriləcəyini bildirib. Onun sözlərinə görə, iclasda yay sessiyasına hazırlıq məsələləri, ATƏT-in məşğul olduğu münaqişələr üzrə xüsusi nümayəndələrin hesabatları dinləniləcək və digər məsələlər müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR