Bank Of Baku

AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirə aparılıb

AŞ PA Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirə aparılıb
# 23 yanvar 2007 16:58 (UTC +04:00)
APA-nın Strasburqdakı xüsusi müxbirinin məlumatına görə, iclasda Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri ilə bağlı müzakirələr aparılıb. İclasda Azərbaycan üzrə məruzəçilər Toni Lloyd və Andres Herkel iştirak ediblər. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-nın Avropa bürosuna açıqlamasında həmməruzəçi Toni Lloydun çıxışının konstruktiv olduğunu, Azərbaycanda görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb. T. Lloyd Azərbaycanla konstruktiv əməkdaşlığın davam etdiyini bildirib.
S. Seyidov onu da qeyd edib ki, Azərbaycanla bağlı Monitorinq Komitəsinin fevralın sonu və mart aylarında baş tutacaq iclaslarında da müzakirələr aparılacaq. AS PA-nın aprel sessiyasında isə Azərbaycanla bağlı məsələ muzakirə olunacaq. Məruzədə Azərbaycanla bağlı müsbət məqamlarla yanaşı tənqidi qeydlərin də olduğunu vurğulayan S. Seyidov tənqid olunan sahələr arasında alternativ xidmətin qanun şəkilində qəbul edilməsiilə bağlı tövsiyyənin əksini tapdığını söyləyib: “Sərbəst toplaşma hüququnun tam təmin olunması, Venesiya Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi, söz azadlığının tam şəkildə təmin olunması, jurnalistlərlə davranış normaları bu tənqidi məqamlara daxildir. Amma həmçinin Azərbaycandakı ümumi prosseslərin insan haqları sahəsində yaranmış problemlərin dərhal həllinə şərait yaratdığını da vurğulayıb. Müzakirələrdə QHT-lərlə hökumətin birgə yaratdığı işçi qrupunun da fəaliyyəti xüsusi qeyd olundu. Bu qrupun fəaliyyətini davam etdirməsi də tövsiyə olundu”. Həmməruzəçilərin aprelə qədər Azərbaycana səfərləri nəzərdə tutulmadığını qeyd edən S. Seyidov fevralın sonuna qədər Azərbaycanın öhdəliklərlə bağlı rəsmi cavabını Monitorinq Komitəsinə təqdim edəcəklərini bildirib.
Azərbaycan üzrə həmməruzəçi Andres Herkel isə APA-nın Avropa bürosuna açıqlamasında hazırlamaqda olduqları məruzədə yeni məqamların da mövcudluğunu bildirib. Məruzədə həm ölkədəki inkişaf, həm də tənqidi məqamların yer aldığını deyən A. Herkel siyasi müxalifət və mətbuatla bağlı narahatlıqların məruzədə əks olunduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR