Bank Of Baku

QAT Ermənistanla aparılan danışıqların dayandırılmasını tələb edir

QAT Ermənistanla aparılan danışıqların dayandırılmasını tələb edir
# 24 yanvar 2007 10:28 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündən sonra verdikləri açıqlamalarla bağlı bəyanatla çıxış edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda münaqişənin həlli istiqamətində aparılan danışıqlar əhəmiyyətsiz adlandırılıb və Azərbaycan hakimiyyətinin bu prosesdə iştirakı milli maraqlara zidd hesab edilib. QAT ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərlərini də pisləyib: “Danışıqların sonsuz şəkildə davam etdirilməsi, nəticəsiz müzakirələrin aparılması birmənalı şəkildə işğalçı Ermənistanın maraqlarına uyğundur. Ermənistan 2 ilə yaxındır hər hansı nəticənin, konkret razılaşmanın əldə edilməsini istəmir. Ona görə də həmsədrlərin iştirakı ilə danışıqlar görüntüsü yaradır”. Bəyanatda həmsədrlərin yanaşması qeyri-obyektiv və ermənipərəst mövqe kimi dəyərləndirilir, onların bölgəyə turist səfərlərinə son qoyulması və aparılan danışıqların dayandırılması tələb edilir: “Biz Azərbaycan hakimiyyətindən danışıqlarda iştirakdan imtina olunmasını tələb edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR