Bank Of Baku

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstan Dövlət İqtisadi Münasibətlər Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev Gürcüstan Dövlət İqtisadi Münasibətlər Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb
# 24 yanvar 2007 13:48 (UTC +04:00)
Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev Gürcüstan Dövlət İqtisadi Münasibətlər Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Səfir keçən il Azərbaycan dövlətinin bu təhsil ocağını tədris vasitələri ilə təmin edəcəyinə söz verdiyini, indi isə bu vədə əməl olunduğunu bildirib. Sonra səfir dərs vəsaitlərini universitetinin kitabxanasına hədiyyə edib. Onun sözlərinə görə, Azərbaycan tərəfdən bu kimi addımlar gələcəkdə də atılacaq. Bundan sonra N. Əliyev Azərbaycanın müasir dövrdə əldə etdiyi uğurlardan və ölkədə görülən işlərdən danışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR