Bank Of Baku

Oqtay Əsədov Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib

Oqtay Əsədov Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib
# 25 yanvar 2007 08:31 (UTC +04:00)
Milli Məclisin (MM) sədri Oqtay Əsədov Harakopouluos Maksimosun başçılıq etdiyi Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərini qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O.Əsədov deyib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi Yunanıstanla əlaqələrin inkişafına böyük önəm verir: “Enerji hasilatı sahəsində əməkdaşlığımız üçün yaxşı imkanlar var. Azərbaycan Avroatlantik strukturlara inteqrasiya istiqamətində Yunanıstanın dəstəyinə ümid edir. Biz Avropa Şurasının, NATO-nun və Avropa Birliyinin bir sıra proqramları çərçivəsində fəal əməkdaşlıq edirik”. H.Maksimos təmsil etdiyi ölkənin Azərbaycana böyük maraq göstərdiyini qeyd edib. Azərbaycandakı inkişafdan məmnun olduğunu vurğulayan qonaq həyatın müxtəlif sahələrində əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR