Bank Of Baku

BMT-nin Bakı nümayəndəliyində Holokost qurbanlarının xatirəsi anılıb

BMT-nin Bakı nümayəndəliyində Holokost qurbanlarının xatirəsi anılıb
# 25 yanvar 2007 13:47 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının (BMT) Bakı nümayəndəliyində Holokost (yəhudi soyqırımı) qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü ilə bağlı tədbir keçirilib. APA-nın xəbərinə görə, BMT-nin rezident-əlaqələndiricisi Marko Borsotti bildirib ki, iki il əvvəl BMT Baş Assambleyası hər il yanvarın 27-də Holokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anma Günü keçirilməsi barədə qərar qəbul edib. İsrailin Azərbaycandakı səfiri Artur Lenk Beynəlxalq Anma Gününün elan olunması ilə bağlı qərarın lehinə səs vermiş 100 ölkə sırasında Azərbaycanın da olduğunu xüsusi vurğulayıb. Mərasimdə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə də çıxış edib. Sonra “Adi anmanın fövqündə” adlı film göstərilib və BMT baş katibinin müraciəti səslənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR