Bank Of Baku

Aleksandr Lukaşenko: “Biz Azərbaycanla intensiv danışıqlar aparırıq”

Aleksandr Lukaşenko: “Biz Azərbaycanla intensiv danışıqlar aparırıq”
# 26 yanvar 2007 08:40 (UTC +04:00)
“Biz Azərbaycan və digər neft istehsal edən ölkələrlə intensiv danışıqlar aparırıq ki, onlar bizim müəssisələrlə əməkdaşlıq etsinlər. Biz onlarla müştərək müəssisələr yaratmağa hazırıq”. Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu ölkələr öz məhsullarını, nefti Belarus müəssisələrində emal etməkdə və Avropa bazarında satmaqda maraqlı olacaqlar: “O zaman görəcəyik ki, Rusiya Federasiyası buna necə reaksiya verəcək. Çünki biz müştərək müəssisələri onlarla yaratmırıq. İkincisi, Rusiya öz bazarını itirəcək. Avropanın mərkəzində supermüasir nəhəng zavodlar külli miqdarda neft emal edəcəklər ki, bununla da bizim Rusiyadan asılılığımız azalacaq”. A. Lukaşenko xüsusi vurğulayıb ki, onlar alternativ axtarışındadırlar: “Biz karbohidrogen ehtiyatlarının müxtəlif idxal mənbələrini tapmalıyıq. Bunu edə bilsək, Belarus suveren və heç kimdən asılı olmayan ölkəyə çevriləcək. Bunun üçün bizim bütün imkanlarımız var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR