Bank Of Baku

“Təhsil haqqında” qanun layihəsi fevralın 6-da Milli Məclisin müzakirəsinə çıxarılacaq

“Təhsil haqqında” qanun layihəsi fevralın 6-da Milli Məclisin müzakirəsinə çıxarılacaq
# 26 yanvar 2007 09:16 (UTC +04:00)
Bu barədə APA-ya MM-in Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi gələn həftənin əvvəlində komissiyada müzakirə olunacaq. Ş. Hacıyev layihəni 56 ünvana göndərdiklərini və onların əksəriyyətindən müsbət rəy aldıqlarını deyib: “Təkliflər konstruktiv xarakter daşıyır. Qanunun mahiyyəti ilə bağlı ciddi irad yoxdur”. Komissiya sədri bildirib ki, fevral ayında qanun layihəsi birinci oxunuşdan keçiriləcək: “Mən optimistəm. Hesab edirəm ki, bir neçə aya qanun layihəsi qəbul olunacaq”. Ş. Hacıyev parlamentin yaz sessiyasında təhsil sahəsi ilə bağlı daha iki qanun layihəsini müzakirəyə çıxaracaqlarını açıqlayıb. Artıq “Elm və dövlət elmi-texniki siyasət”, “Ali və ali təhsildən sonrakı təhsil haqqında” qanun layihələri üzərində iş başa çatmaq üzrədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR