Bank Of Baku

Bahar Muradova: “Düşünürəm ki, Lenmarkerin məruzəsinin Parlament Assambleyasında müzakirəyə çıxarılması yenə də məqsədəuyğun sayılmayacaq”

Bahar Muradova: “Düşünürəm ki, Lenmarkerin məruzəsinin Parlament Assambleyasında müzakirəyə çıxarılması yenə də məqsədəuyğun sayılmayacaq”
# 26 yanvar 2007 12:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, vitse-spiker Bahar Muradova deyib. ATƏT PA sədri, qurumun Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarkerin hazırladığı məruzə ilə bağlı Azərbaycanın və Ermənistanın öz mövqeyi olduğunu söyləyən B.Muradova qeyd edib ki, bu mövqeləri yaxınlaşdırmaq mümkün olmayıb: “ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur. Ona görə də məruzəni bu qədər ziddiyyətli mövqelərlə müzakirəyə çıxarmaq məqsədəuyğun sayılmadı. Hazırda bu mövqelərdə hansısa dəyişiklik yoxdur. Dəyişiklik olmadığı, ümumilikdə, danışıqlar prosesində ciddi uğur, müsbət nəticə əldə edilmədiyi halda, düşünürəm ki, bu məruzənin Parlament Assambleyasında müzakirəyə çıxarılmasını ATƏT rəsmiləri yenə də məqsədəuyğun saymayacaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR