Bank Of Baku

YAP-ın Samux rayon təşkilatına yeni sədr seçilib

YAP-ın Samux rayon təşkilatına yeni sədr seçilib
# 26 yanvar 2007 13:16 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Samux rayon təşkilatının V konfransı keçirilib. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Konfransda Samux rayon təşkilatının sədri Xalis Ələsgərov və təşkilatın Nəzarət-Təftiş Qrupunun sədri Rövşən Qurbanovun hesabat məruzələri dinlənilib. Konfrans nümayəndələri rayon təşkilatının 31 nəfərdən ibarət şurasını, 5 nəfər tərkibdə Nəzarət-Təftiş Qrupu seçiblər. İdarə Heyətinin üzvü Gündüz Bayramov YAP Samux rayon təşkilatının sədri seçilib. Toplantıda YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov və Milli Məclisin sədr müavini Valeh Ələsgərov də iştirak ediblər. Sonda konfrans iştirakçıları adından YAP sədri, prezident İlham Əliyevə müraciət qəbul olunub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR