Bank Of Baku

QAT-ın “Qarabağ və mətbuat” mövzusunda keçirdiyi müsabiqənin qaliblərindən biri də APA İnformasiya Agentliyi olub

QAT-ın “Qarabağ və mətbuat” mövzusunda keçirdiyi müsabiqənin qaliblərindən biri də APA İnformasiya Agentliyi olub
# 26 yanvar 2007 13:24 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə 2006-cı ilin yekunlarına görə KİV arasında keçirilən “Qarabağ və mətbuat” müsabiqəsinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirin aparıcısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Azad Şükürov Qarabağın gənc nəslin yaddaşında qalması üçün belə tədbirlərin keçirilməsinin önəmli olduğunu söyləyib. O, QAT-ın bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edib. QAT sədri Akif Nağı bildirib ki, müsabiqə 18 nominasiyada keçirilib. İlk dəfə olaraq bu il televiziya, radio və informasiya agentlikləri üçün də nominasiya ayrılıb. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər arasında APA İnformasiya Agentliyi də olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR