Bank Of Baku

Erməni soyqırımının olmadığını sübut edən avstriyalı tarixçi Erik Fayql vəfat edib

Erməni soyqırımının olmadığını sübut edən avstriyalı tarixçi Erik Fayql vəfat edib
# 26 yanvar 2007 13:42 (UTC +04:00)
APA-nın xəbərinə görə, bir müddət əvvəl mədəsində qanaxma baş verən 76 yaşlı elm adamı bu gün Vyanada müalicə olunduğu klinikada böyrək çatışmazlığından ölüb. E. Fayql erməni terror təşkilatı ASALA-nın türk diplomatlarına qarşı həyata keçirdiyi terror aksiyalarından sonra uydurma “erməni soyqırımı” ilə bağlı iddiaları araşdırmağa qərar verib və “Bir terror əfsanəsi” adlı kitab yazıb. O, yaxın dostu, Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özənin erməni terrorçuları tərəfindən öldürülməsindən sonra kitabını yeniləyərək türk diplomatına ithaf edib. E. Fayql Türkiyə və bir sıra Avropa ölkələrinin arxivlərində araşdırma apararaq erməni soyqırımının baş vermədiyini tarixi sənədlərlə sübuta yetirib.
Qeyd edək ki, E. Fayql Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR