Bank Of Baku

Bill Qeyts: ““Microsoft Azərbaycanın bir nömrəli tərəfdaşı ola bilər”

Bill Qeyts: ““Microsoft Azərbaycanın bir nömrəli tərəfdaşı ola bilər”
# 26 yanvar 2007 13:59 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyev İsveçrəyə səfəri çərçivəsində bu gün ABŞ-ın “Microsoft” şirkətinin prezidenti Bill Qeytslə görüşüb. APA-nın “Azərtac” Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, prezident İ.Əliyev Azərbaycanın iqtisadi siyasətinin istiqamətlərindən danışaraq deyib ki, əsas məqsəd neftdən gələn gəlirlərdən istifadə edərək, yeni iqtisadiyyatın qurulmasıdır. Dövlət başçısı Azərbaycanda təhsil sahəsində, ümumiyyətlə, gənc nəslin yüksək bilik alması üçün aparılan siyasətin əhəmiyyətini vurğulayıb. B.Qeyts bu istiqamətdə Azərbaycanla əməkdaşlıq etməyə və kömək göstərməyə hazır olduğunu bildirib. Görüşdə, həmçinin, ölkəmizdə tranzit elektron informasiya mərkəzinin yaradılması üçün Qərbdə olan informasiya texnologiyalarının Azərbaycana gətirilməsi, Şərqə və bütün region ölkələrinə informasiya xidmətləri göstərilməsi, Azərbaycanın bu istiqamətdə ixrac mərkəzinə çevrilməsindən də danışılıb. “Microsoft”un rəhbəri deyib ki, bu sahədə Azərbaycana həm investisiya qoymağa, həm də ölkəmizlə əməkdaşlıq etməyə hazırdır: “Biz Azərbaycanın bir nömrəli tərəfdaşı ola bilərik”. Şirkət rəhbəri Azərbaycana səfər etmək arzusunda olduğunu da söyləyib.
Azərbaycan prezidenti bu gün ABŞ-ın “İntel” şirkəti idarə heyətinin sədri Kreyq Barret ilə də görüşüb. K.Barret deyib ki, əsasən kompüter, noutbuk və digər elektron avadanlığı istehsalı və ixracı sahəsində çox məşhur şirkət kimi Azərbaycanda xüsusi iqtisadi-texnoloji zonalar yaradılması işinə sərmayə qoyub, istehsalla məşğul olmaq istəyirlər. O, şirkətin Azərbaycanda təhsildə, məktəblərin kompüterləşdirilməsində iştirakından danışıb, bu əməkdaşlıqdan razılığını bildirib. K.Barret dövlət başçısını bu il fevralın sonunda ABŞ-da keçiriləcək foruma dəvət edib, özü də Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Bundan başqa, prezident İ.Əliyev bu gün İsrailin baş nazirinin müavini, xarici işlər naziri xanım Sipi Livni ilə də görüşüb. Görüşdə Azərbaycanla İsrail arasında iqtisadi-siyasi və digər sahələrdə əlaqələrin vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə bu istiqamətdə əməkdaşlığı gücləndirmək üçün müəyyən tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR