Bank Of Baku

Füzuli Ələkbərov: “Rusiyada miqrantların fəaliyyətinin qanuni çərçivəyə salınması Azərbaycan vətəndaşlarının da marağındadır”

Füzuli Ələkbərov: “Rusiyada miqrantların fəaliyyətinin qanuni çərçivəyə salınması Azərbaycan vətəndaşlarının da marağındadır”
# 26 yanvar 2007 14:41 (UTC +04:00)
“Rusiyada miqrantların fəaliyyətinin qanuni çərçivəyə salınması orada çalışan Azərbaycan vətəndaşlarının da marağındadır. Bizim vətəndaşlar bu gün Rusiyada heç bir hüquqları olmadan işləyirlər. İşəgötürən onları azad etdikdə və ya işlə əlaqədar qəza baş verdikdə bununla bağlı heç bir sosial müdafiə tədbirləri həyata keçirilmir". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Nazir bildirib ki, belə insanların sosial müdafiə paketi olmadığından onlar pensiya yaşına çatanda çox cüzi məbləğdə pensiya alırlar: "Rusiya bu gün özü də dilemma qarşısındadır ki, aprelə qədər bu məsələləri həll edə bilməyəcək. Təkcə dekabr ayında pərakəndə satışda 65 min vakant yer var idi. Hazırda bu rəqəm 10 min də artıb və boş yerlərin sayı 75 minə çatıb". F. Ələkbərovun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezidentin Azərbaycanda işləyən əcnəbi əmək miqrantları ilə bağlı tapşırığına uyğun olaraq əmək ehtiyatlarının keyfiyyətini yüksəltmək üçün Təhsil Nazirliyi ilə proqramlar hazırlayır. Bu məqsədlə nazirliyin nəzdində bu yaxınlarda iki regional tədris mərkəzi açılacaq. İl ərzində isə təxminən 3-4 tədris mərkəzinin açılması nəzərdə tutulub. Həmin mərkəzlər əhaliyə müasir texnologiyalara, müxtəlif fəhlə peşələrinə yiyələnmək üçün xidmət göstərəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR