Bank Of Baku

Araz Əzimov: “Arkadi Qukasyan və ətrafı anlamalıdır ki, ermənilərin hüquqları, gələcəyi ən yaxşı Azərbaycanın tərkibində təmin oluna bilər”

Araz Əzimov: “Arkadi Qukasyan və ətrafı anlamalıdır ki, ermənilərin hüquqları, gələcəyi ən yaxşı Azərbaycanın tərkibində təmin oluna bilər”
# 26 yanvar 2007 14:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Kosovo variantının Dağlıq Qarabağ üçün presedent olub-olmaması məsələsinə münasibət bildirərkən deyib. Rusiyanı təmsil etdiyi üçün ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun öz siyasi gündəliyi olduğunu söyləyən nazir müavini vurğulayıb ki, bu gündəlik çərçivəsində onun nəsə deməsi heç də Azərbaycan tərəfinin bunu qəbul edəcəyi demək deyil: “Kosovo probleminin həlli hələ ki, başa çatmayıb və Azərbaycanla yanaşı, beynəlxalq cəmiyyətin üzvü olan bir çox ölkə o fikirdədir ki, Kosovanın həlli üçün təklif olunan model hər iki tərəf üçün məqbul olunmalıdır. Eyni halda, Azərbaycan tərəfi hesab edir ki, Dağlıq Qarabağın Azərbaycan mənsubluğu sual altında deyil”. Münaqişənin həlli prosesi çərçivəsində gələcək görüşlərə toxunan A.Əzimov bildirib ki, növbəti görüşün vaxtı hələlik dəqiqləşdirilməyib. Növbəti mərhələdə xarici işlər nazirlərin görüşünün keçirilməsinin daha real olduğunu deyən nazir müavini prezidentlərin görüşünün də istisna edilmədiyini diqqətə çatdırıb: “Azərbaycan tərəfi görüşlərə hazır olacaq, yalnız o şərtlə ki, müzakirə üçün konkret əsaslar olsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR