Bank Of Baku

Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədov: “Qurultayda namizədliyimi irəli sürməklə bağlı heç bir qərarım yoxdur”

Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədov: “Qurultayda namizədliyimi irəli sürməklə bağlı heç bir qərarım yoxdur”
# 26 yanvar 2007 14:55 (UTC +04:00)
“Partiyanın sədri vəzifəsinə namizədliyimi irəli sürmək məsələsi qurultay tərəfindən müəyyənləşdiriləcək”. Səhhətində yaranan problem səbəbindən uzun müddətdir ev şəraitində müalicə alan Azərbaycan Kommunist Partiyasının sədri Ramiz Əhmədov APA-ya açıqlamasında bildirib ki, partiyanın sədri vəzifəsinə namizədliyini irəli sürməsi ilə bağlı heç bir qərarı yoxdur. O, partiyanın idarə edilməsində heç bir problemin olmadığını da qeyd edib: “Mənim müavinlərim cari işlərin öhdəsindən gəlir”. R. Əhmədov səhhətindəki problemlərə baxmayaraq qurultayda iştirak edəcəyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR