Bank Of Baku

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşüb

İranın Azərbaycandakı səfiri Əfşar Süleymani kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşüb
# 26 yanvar 2007 15:08 (UTC +04:00)
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşüb. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ə. Süleymani Tehranda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin III sammitində iştiraka dair İranın kənd təsərrüfatı cihadı naziri Məhəmmədrza İsgəndərinin İ. Abbasova ünvanladığı dəvət məktubunu təqdim edib. Görüşdə Ə. Süleymani İranla kənd təsərrüfatı sahəsində mühüm inkişaf və tərəqqiyə nail olunduğunu deyib: “İran hazırda buğda hasilatının həcmini 14 milyon tona çatdırıb. İran kənd təsərrüfatı məhsullarını xarici ölkələrə ixrac edilməsi imkanlarına malikdir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün İran və Azərbaycanın malik olduğu çoxsaylı potensial imkanlardan istifadə etməlidir”. Ə.Süleymani İran məhsulların ucuz qiymətlərlə Azərbaycan bazarlarına gətirilməsini də nazirdən xahiş edib. O, bu istiqamətdə faydalı addımların atılmasının mümkünlüyünü vurğulayıb. Səfir kənd təsərrüfatı sahələrində investisiya yatırımları məqsədilə İranın özəl sektorunun Azərbaycanda keçirilən tenderlərdə iştirakı üçün münasib şəraitin yaradılmasını da istəyib. Kənd təsərrüfatı naziri İ. Abbasov isə iranlı iş adamlarının Azərbaycanda keçirilən tender və layihələrdə iştirakının mümkünlüyünü bildirib: “Bu istiqamətdə qanunda heç bir qadağa yoxdur və Azərbaycanın kənd təsərrüfatı sahəsinin özəlləşdirildiyini nəzərə alaraq hər iki ölkənin iş adamları geniş əməkdaşlıq edə bilərlər”. Nazir İranın kənd təsərrüfatı sahəsində malik olduğu təcrübə və bilikdən Azərbaycanın da bəhrələnməsinə ehtiyac olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR