Bank Of Baku

YAP İdarə Heyətinin növbəti iclası keçirilib

YAP İdarə Heyətinin növbəti iclası keçirilib
# 26 yanvar 2007 15:33 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. İclasda YAP-ın ötən ildəki fəaliyyətinə dair hesabat verilib. Ətraflı müzakirələrdən sonra partiyanın İdarə Heyətinin 2006-cı ildə fəaliyyətinə dair hesabat, ümumi tərkibi, o cümlədən Gənclər Birliyinin və Qadınlar Şurasının statistik hesabatları təsdiqlənib. Təsdiq olunmuş statistik məlumata görə, ötən il partiya üzvlərinin sayı 28 min 508 nəfər artaraq 404602 nəfərə çatıb. Bunların 51 faizini gənclər təşkil edib. Bütövlükdə isə partiya üzlərinin 38,3 faizini, yəni 155 min 106 nəfərini gənclər, 42,6 faizini, yəni 172 min 478 nəfərini isə qadınlar təşkil edir. Ötən il partiya üzvlük haqlarından 1 milyon 283 min manat daxil olub. Daxil olan vəsait partiyanın mərkəzi və yerli təşkilatlarında çalışanların əmək haqlarının ödənilməsinə (600 min manatdan çox), tədbirlərin maliyyələşdirilməsinə, xeyriyyə işlərinə və orduya yardıma (107,336 manat), partiya atributlarının və vəsiqələrinin hazırlanmasına (25,385 manat), ezamiyyə xərclərinə (45,973 manat), kommunal, təsərrüfat və rabitə xərclərinə (128,682 manat), avadanlıqların alınmasına (74,965 manat), cari təmir işlərinə və s. sərf edilib. Artıq qalan vəsait partiyanın yerli və mərkəzi təşkilatlarının cari il hesabına köçürülüb. İclasda İdarə Heyətinin bu ilin birinci yarısı üçün iş planı təsdiq edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR