Bank Of Baku

Almurad Əliyev: “Yaxın vaxtlarda məsələ həll ediləcək, Aqil də, Ərturqut da razı qalacaqlar”

Almurad Əliyev: “Yaxın vaxtlarda məsələ həll ediləcək, Aqil də, Ərturqut da razı qalacaqlar”
# 26 yanvar 2007 16:50 (UTC +04:00)
“Əbülfəz Elçibəyin məzarı ətrafında yaranan vəziyyət araqarışdıranların işidir. Bu məsələdə heç bir problem yoxdur və abidə hazırlandığı şəkildə qoyulacaq”. Bu sözləri APA-ya açıqlamasında Ə.Elçibəyin qardaşı Almurad Əliyev deyib. Ünvanına səslənən ittihamların həqiqətə uyğun olmadığını söyləyən A.Əliyev iqtidarla bu məsələdə heç bir əməkdaşlığa getmədiyini qeyd edib. O, Elçibəyin kürəkəni Aqil Səmədbəylinin ittihamlarına da münasibət bildirib: “Aqil də, Ərturqut da balalarımdır. Onların hərəkətlərini şişirtmək lazım deyil. Yaxın vaxtlarda məsələ həll ediləcək və onlar da razı qalacaqlar”. A.Əliyev Elçibəyin məzarının üstünün götürülməsi ilə bağlı məsələdə hüquqi səlahiyyətə malik olmaması barədə fikirlərlə də razılaşmayıb: “Mən Elçibəyin qardaşıyam. Digər tərəfdən isə dövlət var və abadlaşdırma işini də dövlət həyata keçirir. Yaxın günlərdə tikinti işləri yekunlaşacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR