Bank Of Baku

“Azadlıq” blokunun piketində saxlanmış şəxslər cərimələnərək sərbəst buraxılıblar

“Azadlıq” blokunun piketində saxlanmış şəxslər cərimələnərək sərbəst buraxılıblar
# 26 yanvar 2007 16:51 (UTC +04:00)
“Azadlıq” blokunun Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında keçirməyə cəhd göstərdiyi icazəsiz aksiyada saxlanılmış 14 nəfərdən 10-u 37-ci polis bölməsində xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidli məlumat verib. Ş.Seyidli bildirib ki, digər 4 nəfər İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğuna görə, işləri Xətai rayon Məhkəməsinə göndərilib. Hakim Tahir İsmayılovun sədrliyi ilə keçirilən iclasda isə Hacı Ələsgərov (bitərəf), Orxan Qafarov (VİP), Səfər Cavadov (AXCP) və Cəmil Hacıyevin (ADP) 22 manat cərimə olunaraq azadlığa buraxılması barədə qərar çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR